Mil-Muğan regionunda “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsinə start verilib
24.08.2026 [08:45]
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsinə start verilib.
Regional İdarədən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, layihə regionlarda mədəni həyatın inkişafına töhfə vermək, kəndlərdə yaşayan əhali üçün mədəni xidmətlərin əlçatanlığını artırmaq, kənd mədəniyyət müəssisələrinin fəaliyyətini canlandırmaq və kənd sakinlərinin asudə vaxtının səmərəli təşkilini təmin etmək məqsədi daşıyır. Mil-Muğan regionunun kənd və qəsəbələrini əhatə edən layihə çərçivəsində konsert proqramları və müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, ustad dərslərinin keçirilməsi, səyyar kitabxana xidmətlərinin göstərilməsi, kitab sərgiləri və təqdimatların təşkil edilməsi, kino nümayişlərinin həyata keçirilməsi, eləcə də yerli sənətkarların yaradıcılığının təqdim olunması nəzərdə tutulur.
Layihənin ilk tədbirləri uğurla keçirilib. Belə ki, layihə çərçivəsində avqustun 21-də Sabirabad rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaralar kənd Folklor evində konsert proqramı təqdim olunub. Proqramda rəngarəng musiqi nömrələri səsləndirilib, məktəblilər tərəfindən şeirlər oxunub.
Sabirabad rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Əhmədabad kənd Folklor evinin “Axısxa” türk halay rəqs qrupunun çıxışları da tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Layihənin daha bir konsert proqramı Beyləqan rayonunun Birinci Şahsevən kəndində təşkil olunub. Kənd Diyarşünaslıq evində keçirilən konsertdə Beyləqan rayon Mədəniyyət Mərkəzi və Beyləqan şəhər Niyazi adına Uşaq musiqi məktəbinin kollektivləri tərəfindən musiqi və rəqs nömrələri ifa olunub. Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən “Sandıq” milli geyimlər studiyasında hazırlanmış milli geyim nümunələrinin nümayişi keçirilib.
Tədbir iştirakçıları Diyarşünaslıq evində fəaliyyət göstərən musiqi və idman dərnəkləri ilə də tanış olublar. “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsi çərçivəsində avqustun 20-də İmişli rayon Mədəniyyət Mərkəzinin Qaralar kənd klubunda “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunmuş “Eviniz abad” tammetrajlı bədii filmi (2018) nümayiş etdirilib. Mədəniyyət mərkəzinin direktoru Daşqın İsmayılov nümayişdən əvvəl layihənin məqsədi və filmin məzmunu haqqında iştirakçılara məlumat verib.
Film müharibə nəticəsində torpaqlarını, doğmalarını və evlərini itirmiş iki gəncin – azərbaycanlı Qafar və gürcü qızı Leylanın təsirli sevgi hekayəsindən bəhs edir.
Avqustun 22-də Saatlı rayon Mədəniyyət Mərkəzinin Hacıqasımlı kənd Diyarşünaslıq klubunda “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Üçüncü günün adamı” bədii filmi nümayiş etdirilib.
Mədəniyyət mərkəzinin direktoru Bəylər Əliyev nümayişdən əvvəl çıxış edərək layihənin məqsədi və filmin məzmunu barədə tamaşaçılara məlumat verib. 2017-ci ildə çəkilmiş film azadlığa çıxdıqdan sonra valideynlərinin vəfat etdiyini və doğma yurdunun işğal altında olduğunu öyrənən baş qəhrəman Sadiqin dramatik hekayəsindən bəhs edir.
“Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsi növbəti həftələrdə də davam edəcək.
Xəbər lenti
Hamısına baxMədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15

