Sosial şəbəkələrdə reklam tələsi...
11.08.2026 [09:05]
Həqiqəti saxtadan necə ayırmalı?
Rəqəmsal texnologiyanın sürətlə inkişaf etdiyi, insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilən sosial şəbəkələr təkcə ünsiyyət vasitəsi deyil, həm də böyük ticarət meydanına çevrilib. İstifadəçilər hər gün yüzlərlə reklam mesajı ilə qarşılaşır. Bu reklamların bir qismi həqiqətən keyfiyyətli məhsul və xidmətləri tanıdır. Ancaq bəzi hallarda reklamlar aldadıcı və qeyri-dəqiq məlumatlar vasitəsilə maddi qazanc əldə etmək məqsədi daşıdığı üçün onların hansına inanmaq, hansına ehtiyatla yanaşmaq məsələsi cəmiyyət üçün getdikcə daha aktual mövzuya çevrilir.
Sosial şəbəkələrdə yayımlanan reklamların ən mühüm xüsusiyyətlərindən biri onların ənənəvi televiziya və ya qəzet reklamlarından fərqli olaraq konkret auditoriyaya yönəlməsi, istifadəçinin maraq dairəsi, axtarış tarixçəsi, yaşadığı ərazi, yaşı və hətta gündəlik davranışları nəzərə alınmaqla qarşısına çıxarılmasıdır. Bu da reklamın inandırıcılıq səviyyəsini artırmaqla yanaşı, istifadəçidə həmin məhsulun məhz onun üçün yaradıldığı təəssüratını formalaşdırır və nəticədə tənqidi düşüncə ikinci plana keçir.
Bu günlərdə sosial şəbəkələrdə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi, qeydiyyatın aparılması və bunun üçün müəyyən mobil nömrələrlə əlaqə saxlanılmasının tələb edildiyi barədə məlumatlar yayılıb. Daxili İşlər Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə məlumatında bu barədə bildirilib ki, həmin məlumatlar həqiqəti əks etdirmir. Qeyd olunub ki, sözügedən məlumatlar saxtadır və vətəndaşlarda çaşqınlıq yaratmağa yönəlib.
Vətəndaşlara belə saxta elanlara etibar etməmək, naməlum telefon nömrələri ilə əlaqə saxlamamaq, bank kartı rekvizitlərini, şəxsiyyət vəsiqəsi məlumatlarını, SMS-lə göndərilən təsdiq kodlarını və digər şəxsi-maliyyə məlumatlarını heç bir halda qarşı tərəfə təqdim etməmək, eləcə də hər hansı ödəniş həyata keçirməmək tövsiyə olunub.
Reklamların psixoloji oyunları
Rəqəmsal marketinq üzrə ekspert Elçin Nuriyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə rast gəlinən hər endirim, hər möhtəşəm kampaniya və ya qısa müddət ərzində inanılmaz nəticə vəd edən reklam gerçəkliyi əks etdirməyə bilər. Onun sözlərinə görə, adətən marketinq strategiyalarında psixoloji təsir üsullarından geniş istifadə olunur: “Reklamlarda “yalnız bu gün”, “son şans”, “minlərlə insan artıq seçdi”, “100 faiz zəmanət” kimi ifadələr insanların qərar vermə prosesini sürətləndirmək, onları düşünmədən alış-veriş etməyə sövq etmək məqsədi daşıyır. Xüsusilə, bəzi kosmetik vasitələr, arıqlama məhsulları, tibbi preparatlar, investisiya platformaları, onlayn qazanc layihələri və müxtəlif texnoloji cihazlarla bağlı yayılan reklamlarda qeyri-real vədlər verilir. Eyni zamanda saxta istifadəçi rəylərinin paylaşılması, peşəkar şəkildə hazırlanmış foto və videolar vasitəsilə məhsulun imkanlarının şişirdilməsi, bəzən isə tanınmış şəxslərin icazəsiz şəkillərindən və ya süni intellekt vasitəsilə hazırlanmış görüntülərdən istifadə edilməsi istehlakçıların aldanma riskini əhəmiyyətli dərəcədə artırır”.
Etibarlı reklamı necə tanımaq olar?
E.Nuriyev qeyd edib ki, reklamın etibarlı olub-olmadığını müəyyənləşdirmək üçün ilk növbədə həmin məhsulu və ya xidməti təqdim edən şirkətin fəaliyyət tarixçəsini araşdırmaq, rəsmi internet səhifəsinin və əlaqə vasitələrinin mövcudluğunu yoxlamaq, məhsul haqqında müxtəlif mənbələrdən məlumat toplamaq lazımdır: “Xüsusilə, yalnız əvvəlcədən ödəniş tələb edən, lakin hüquqi ünvanı və ya məsuliyyət daşıyan qurumu məlum olmayan satıcılara qarşı ehtiyatlı davranmaq olduqca vacib hesab edilir. Bununla yanaşı, sosial şəbəkələrdə böyük izləyici kütləsinə malik olan şəxslərin reklam etdiyi hər məhsulun keyfiyyətli və etibarlı olduğunu düşünmək də düzgün yanaşma deyil. Çünki bir çox hallarda influenserlər reklam müqavilələri əsasında ödəniş qarşılığında məhsulu təqdim edir və onların şəxsi təcrübəsi ilə reklam məzmunu arasında ciddi fərqlər ola bilir. Bu səbəbdən yalnız tanınmış simanın tövsiyəsinə əsaslanaraq qərar vermək istehlakçı üçün risk yarada bilər”.
Həqiqətlə manipulyasiya bir arada..
Ekspertin fikrincə, sosial şəbəkələrdə yerləşdirilən bütün reklamları saxta hesab etmək düzgün olmadığı kimi, onların hamısını etibarlı qəbul etmək də ciddi səhv olardı: “Çünki rəqəmsal mühitdə doğru məlumatla manipulyasiya, keyfiyyətli məhsulla saxta vəd, real fürsətlə aldatma cəhdi bəzən eyni platformada yanaşı mövcud olur. Məhz buna görə də müasir istifadəçinin ən güclü müdafiə vasitəsi diqqət, məlumatlılıq, araşdırma aparmaq bacarığı və tənqidi düşüncədir”.
Blogerlərin gizli reklam oyunu
Son dövrlər sosial şəbəkələrdə blogerlər və influenserlərin rəsmi müqavilə olmadan, “tövsiyə” adı altında gizli reklamlar yayımlaması da müzakirə mövzusuna çevrilib. Mövzunun hüquqi tərəfi ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu rəqəmsal platformalarda yayımlananlar da daxil olmaqla, reklam fəaliyyətinin bütün istiqamətlərini tənzimləyir:
“Qanunvericiliyin əsas tələbinə görə, reklam istehlakçını aldatmamalı, onda çaşqınlıq yaratmamalı və vətəndaşın dürüst məlumatlar əsasında seçim etməsinə şərait yaratmalıdır.
Qanuna əsasən, maddi qazanc qarşılığında öz nüfuzundan istifadə edərək rəqəmsal platformalarda reklam fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxslər “rəqəmsal platforma təsirçisi” (influenser) hesab olunur. Onların fəaliyyəti ilə bağlı qaydalar belə müəyyənləşdirilib.
İnfluenserlər tərəfindən həyata keçirilən hər bir reklam yayımı mütləq şəkildə “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi ilə müşayiət olunmalıdır. Reklam yayımlanarkən reklamverən barədə qanunla müəyyən edilmiş məlumatlar (adı, VÖEN-i, fəaliyyət və əlaqə məlumatları) mütləq təqdim edilməlidir. Rəqəmsal platforma təsirçisinin özünün istehlak etmədiyi məhsulu (əmtəəni) istehlak etməsi barədə yanlış təsəvvür yaratması, habelə reklam olunan əmtəə haqqında müsbət rəy formalaşdırmaq məqsədilə saxta (feyk) hesablar açması qəti qadağandır”.
Nəzarət necə həyata keçirilir?
Agentlikdən bildirilib ki, Dövlət Agentliyi tərəfindən rəqəmsal platformalarda yayımlanan reklamlar mütəmadi olaraq monitorinq edilir: “Bununla yanaşı, vətəndaş müraciətləri və daxil olan digər məlumatlar əsasında reklam qanunvericiliyinin tələblərinə əməl olunması ilə bağlı araşdırmalar aparılır. Hər hansı bir pozuntu aşkarlandıqda müvafiq tədbirlər görülür.
Qurum rəqəmsal məkanda gizli reklam və qanun pozuntusu faktları ilə qarşılaşan vətəndaşlara müraciət edərək bildirib ki, konkret hallar üzrə məlumatlar Agentliyə təqdim edildiyi təqdirdə məsələ aidiyyəti üzrə araşdırıla bilər”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30
Gündəm
10 Avqust 11:10

