Əmək Məcəlləsinə və “Aviasiya haqqında” Qanuna dəyişiklik ediləcək
16.09.2026 [10:11]
Sentyabrın 14-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Musa Quliyev 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fəaliyyəti barədə məlumat verib.
Daha sonra gündəliyin ikinci məsələsi - Əmək və sosial siyasət komitəsinin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verilib. Bildirilib ki, növbəti sessiyada əsasən büdcə məsələləri müzakirə ediləcək, qanunvericilik təşəbbüsü əsasında təqdim olunmuş qanun layihələrinə baxılacaq, həmçinin komitənin səlahiyyət dairəsinə daxil olan mövzular üzrə müzakirələrin təşkili nəzərdə tutulur.
Gündəlikdə üçüncü məsələ olan Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı komitə sədri deyib ki, qanunvericiliyə əsasən, ölkəmizdə gündəlik ümumi iş saatı limitləri müəyyənləşdirilib. Lakin beynəlxalq uzunmüddətli uçuşlar zamanı mövcud iş vaxtı məhdudiyyətləri uçuşların səmərəli təşkilinə mane olur. Qanun layihəsində təklif olunan dəyişikliklər isə, uzunmüddətli uçuşların həyata keçirilməsi üçün hava gəmisi heyətinin iş və istirahət rejiminin aviasiyanın xüsusiyyətləri nəzərə alınmaqla beynəlxalq standartlara uyğun daha çevik tənzimlənməsini nəzərdə tutur.
Gündəliyin sonuncu məsələsi olan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə də komitə sədri məlumat verib. Bildirilib ki, qanun layihəsinin əsas məqsədi küləkli hava şəraitində açıq iş yerlərində işin dayandırılmasını, həmçinin müasir yükqaldırıcı qurğuların texniki imkanları və küləyə davamlılıq göstəriciləri nəzərə alınmaqla küləkli hava şəraitində təhlükəsiz və səmərəli istismarını tənzimləməkdir.
İclasda komitənin ötən sessiyada görülmüş işlər barədə hesabatı məqbul hesab olunub, payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib və gündəlikdəki qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45

