Gəncədə internet media və milli-mənəvi dəyərlər mövzusunda “dəyirmi masa” keçirilib
29.03.2014 [12:02]
“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi (AJMK) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “İnternet media resurslarında milli-mənəvi dəyərlərin qorunması jurnalist peşəkarlığının əsas göstəricilərindən biri kimi” layihəsi çərçivəsində ilk “dəyirmi masa”nı Gəncədə keçirib. “İnternet media saytlarının fəaliyyəti və milli-mənəvi dəyərlər” mövzusuna həsr olunmuş tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, yerli ictimaiyyətin, şəhərdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsindən AzərTAc-a bildiriblər ki, “dəyirmi masa”nı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açaraq ölkədə aparılan geniş abadlıq və quruculuq işlərinin Gəncədə xüsusilə dinamik xarakter aldığını bildirib. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi məqsədyönlü xəttin əməli nəticələrindən danışan N.Həmzəyev deyib: “Ötən il Gəncə Avropanın Gənclər paytaxtı seçildi. Bu, son dərəcə böyük uğur, eyni zamanda məsuliyyətdir. Məsuliyyəti doğrultmaq üçün səylə çalışırıq. Bununla bağlı media sahəsindəki işlər də vurğulanmalıdır. Şəhərimizdə internet media resurslarının sayı artır. Ənənəvi KİV-lərin potensialının gücləndirilməsinə də diqqət yetirilir. İnformasiya resurslarının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda baş verən prosesləri peşəkarlıqla işıqlandırmalarına önəm verilir. Ümumən KİV sahəsində dövlətin müəyyənləşdirdiyi siyasətdəki söz və ifadə azadlıqlarının dərinləşdirilməsi prinsipi prioritet seçilir”.
N.Həmzəyev “RUH” AJMK-nın təşəbbüsü, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən tədbirin ümumi işə fayda verəcəyinə əminliyini vurğulayıb, yeni ictimai institut kimi formalaşmaqda olan internet media resurslarında milli-mənəvi dəyərlərin qorunmasının aktuallığını müxtəlif faktlarla əsaslandırıb.
Layihənin koordinatoru, “RUH” AJMK-nın icraçı direktoru Əvəz Rüstəmov “İnternet media resurslarında milli-mənəvi dəyərlərin qorunması jurnalist peşəkarlığının əsas göstəricilərindən biri kimi” layihəsi barədə ətraflı məlumat verib. Bildirilib ki, mart-iyun ayları ərzində həyata keçiriləcək layihədən məqsəd onlayn media resurslarında milli-mənəvi dəyərlərin qorunması sahəsində nəzərə çarpan təmayülləri ictimaiyyətin müzakirəsinə çıxararaq mövcud problemlərin aradan qaldırılmasına dəstək verməkdir. Həmçinin layihə çərçivəsində diqqəti jurnalist məsuliyyətinə və peşəkarlığının müxtəlif aspektlərinə cəlb etməklə internet medianın milli-mənəvi dəyərlərin qorunmasındakı rolunu artırmaq, cəmiyyət üzvlərinin bununla bağlı gözləntilərini qruplaşdıraraq müvafiq qurumlara təqdim etmək nəzərdə tutulur. Şəhər rəhbərliyinin tədbirin təşkilinə həssas yanaşdığını vurğulayan Ə.Rüstəmov deyib: “Layihə çərçivəsində ilk tədbirimizin bu şəhərdə reallaşması son dərəcə vacibdir. Çünki Gəncə ictimai-siyasi, habelə mədəni sahədə aktivlik baxımdan həmişə seçilib. Şəhərin bu xüsusiyyətində media da özünəməxsus rol oynayır. Son dövrlərdə internet media resurslarının sayındakı artım söz və ifadə azadlıqlarının dərinləşdirilməsi baxımından nə qədər pozitiv amil olsa da, proses eyni zamanda çoxsaylı neqativ cəhətlərlə müşayiət edilir. Bəzən bu xoşagəlməz hallar cəmiyyətdə əsrlərlə formalaşmış dəyərləri təhdid edir. Buna görə də belə tendensiyalarla mübarizə aparılmalıdır. Media ictimaiyyəti məsələyə xüsusilə diqqət göstərməlidir. Mövcud istiqamətdə həqiqi qələm sahiblərinin peşəkarlığa söykənərək təqdim etdikləri materiallara ehtiyac var. Hesab edirəm ki, layihə çərçivəsində Gəncədə keçirilən ilk tədbir iştirakçıların müzakirə olunan məsələyə dolğun baxış bucağının ortaya qoyulması ilə yadda qalacaq”.
Layihənin eksperti, “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə çıxışında diqqəti internet media resurslarında milli-mənəvi dəyərlərə etinasız yanaşma hallarının müxtəlif təzahür formalarına yönəldərək bildirib ki, qlobal siyasi proseslərdə başlıca mübarizə vasitəsinə çevrilən medianın daşıdığı ictimai missiya əksər hallarda unudulur. “Əlbəttə, bu, təəssüf doğurur və hər bir halda məsələyə media peşəkarlığı nöqteyi-nəzərindən yanaşmaq vacibdir. Çünki əslində internetin inkişafı medianın çatdırılma vasitələrini dəyişdirir, peşəkarlıq və məsuliyyət meyarları isə dəyişməzdir” - deyən S.Verdizadə internet media ilə bağlı dünya miqyasında nəzərə çarpan bir sıra meyllərdən də ətraflı söz açıb.
“Dəyirmi masa”da çıxış edən AzTV-nin bölgə müxbiri Əhməd Qədiroğlu, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) bölgə müxbiri Sabir Əliyev, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, Gəncə Dövlət Universitetinin “Yüksəliş” qəzetinin müxbiri Firəngiz İsmayılova, “Respublika” qəzetinin bölgə müxbiri Zabit Xəlilov, “Yeni Gəncə” qəzetinin baş redaktoru Süsən Tağıyeva və başqaları müzakirə edilən mövzunun aktuallığını vurğulayıb, bəzi internet saytlarda gənc nəslin mənəvi tərbiyəsi baxımdan yolverilməz materialların yer aldığını diqqətə çatdırıblar.
“Dəyirmi masa”da internet media sahəsində milli-mənəvi dəyərlərə etinasızlıq mühitinin yaranmasına səbəb olan məsuliyyətsizlik ab-havasının aradan qaldırılması üçün hüquqi tənzimləmə mexanizminin tətbiqinə dair təkliflər səslənib. Həmçinin jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanı mexanizminin tətbiqi ilə bağlı təşəbbüslər müsbət qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34

