Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi yeni layihəyə start verib
02.04.2014 [09:16]
Azərbaycan Mətbuat Şurasının (MŞ) Ahıl Jurnalistlər Məclisi “Həyat işığında” layihəsinə start verib. Layihə çərçivəsində Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olmuş, ömrünü-gününü peşəsinə sərf etmiş qayğıya ehtiyaclı qələm sahiblərinə baş çəkmək, onlarla maraqlanmaq nəzərdə tutulur. Layihənin məqsədlərinə, eyni zamanda, jurnalistikamızın inkişafında xidmətləri olan şəxslərin yaradıcılıq gecələrinin, dünyasını dəyişmiş qələm sahibləri ilə bağlı anım mərasimlərinin təşkili də daxildir.
Dünən MŞ sədri Əflatun Amaşov, Şuranın İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, həmçinin, Şuranın Ahıl Jurnalistlər Məclisinin üzvləri qocaman jurnalist Kazım Ələkbərova baş çəkiblər. Qeyd edək ki, hazırda ömrünün 88-ci ilini yaşayan Kazım Hacıhüseyn oğlu Ələkbərov uzun illər Azərbaycan Dövlət Teleqraf Agentliyində - AzərTAc-da, “Xalq qəzeti”ndə, “Bakı”-”Baku” qəzetlərində və digər tanınmış mətbu orqanlarda məsul vəzifələr tutub. Neçə-neçə jurnalist nəslinin yetişməsində xidmətləri olub. K.Ələkbərov idarəçilik sistemində də çalışıb. Dövlət idarələrində ana dilinin tətbiqi işinə də yaxından kömək göstərib.
Görüş zamanı MŞ sədri Əflatun Amaşov K.Ələkbərova rəhbərlik etdiyi qurumun təşəbbüsü barədə məlumat verib. Bildirib ki, Şura qayğıya ehtiyacı olan jurnalistləri yaddan çıxarmayacaq, onların keçdiyi ömür yolunun təqdim edilməsi üçün tədbirlərini gücləndirəcək. Qocaman jurnalist K.Ələkbərov həyat fəaliyyətindən söz açıb, jurnalist fəaliyyətinin spesifik məqamları ilə bağlı fikirlərini bölüşüb. MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə K.Ələkbərov kimi dəyərli qələm sahiblərinin həyat yolunun örnək məqamlarının gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb. Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov, “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğlu, jurnalistlər Məzahir Süleymanzadə və Mehman Fərzullayev K.Ələkbərovun xarakterik iş xüsusiyyətlərindən bəhs edib, xatirələrini bölüşüblər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

