/ / Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları bu rayonun tarixi abidələri, turizm obyektləri və istehsal müəssisələri ilə tanış olublar
Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları bu rayonun tarixi abidələri, turizm obyektləri və istehsal müəssisələri ilə tanış olublar
24.06.2014 [09:52]
Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları iyunun 23-də Qəbələ rayonunun Vəndam qəsəbəsində fəaliyyət göstərən “Gilan Holdinq”in “Aqro Kompleks Qəbələ” heyvandarlıq kompleksi ilə tanış olublar.
AzərTAc xəbər verir ki, rusiyalı qonaqlar regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq iyirmi hektar ərazidə inşa olunan kompleksin iki inək və iki buzov fermalarından və doğuş zalından ibarət olması barədə məlumatlandırılıblar. Bildirilib ki, bu layihənin inşasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 14 milyon manat güzəştli kredit ayrılıb. Kompleks Almaniyanın məşhur “Delovan”, “Qruber”, “Vestvalya”, “Dea” şirkətləri ilə sıx əməkdaşlıq şəraitində yaradılıb. Kompleksin sağım sexi dünyanın ən mütərəqqi “Karusel” tipli avadanlığı, soyutma sistemləri və digər köməkçi avadanlıqla təchiz edilib. Yeni texnologiya hər inəkdən sağılan südün həcminin, yağlılıq dərəcəsinin və digər keyfiyyət göstəricilərinin ayrı-ayrılıqda qeydiyyatının aparılmasına imkan verir. Kompleks üçün ilkin olaraq Almaniyadan 620 baş “Simmental” cinsindən olan südlük-ətlik istiqamətli cins düyələr alınıb. Gətirilən heyvanlar artıq yerli iqlimə uyğunlaşıb və orta hesabla ildə 5000-6000 litr yüksək yağlılıq göstəricilərinə malik süd verəcək.
Qonaqların diqqətinə çatdırılıb ki, kompleksin yemlə təmin edilməsi məqsədilə rayonda 1554 hektar ərazisi olan yem təsərrüfatı yaradılıb. Artıq bu ərazilərdə müxtəlif yem bitkiləri əkilib. Müəssisənin xüsusi yem sexi və 5 silos quyusu var. Bundan əlavə, 200 hektar ərazidə müasir suvarma sistemləri quraşdırılıb. Görülən işlər hesabına kompleksin yem təchizatı tam təmin olunacaq. 2015-ci ilədək kompleksdəki inəklərin sayı 2400-ə, heyvanların ümumi sayı isə 4800-ə çatdırılacaq. Beləliklə, bu kompleks Avropanın ən nəhəng heyvandarlıq müəssisələrindən biri olacaq. Burada çalışan aparıcı mütəxəssislər Hollandiyada və Almaniyada ixtisasartırma kursu keçiblər. Hazırda kompleksdə 80 nəfər işlə təmin edilib.
Qəbələ ilə tanışlıq zamanı qonaqlara rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə edilən uğurlar barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, bu gün respublikamızın sürətli sosial-iqtisadi inkişafının bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Beynəlxalq və iri miqyaslı tədbirlərin Qəbələdə keçirilməsi bu diyarın füsunkar və ecazkar təbiətə malik olduğunu bir daha təsdiq edir.
Rusiyalı qonaqlar Qəbələyə səfər zamanı “Gilan piano” MMC-nin “Beltmann” piano fabriki ilə də tanış olublar. Bildirilib ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada “Beltmann” markalı pianolar istehsal edən yeganə müəssisədir.
Fabrikdə istehsal prosesi ilə tanışlıq zamanı qeyd edilib ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən bu müəssisə inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 pianonun istehsal edilməsi mümkündür.
Qonaqlar beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport” otelləri, “Fitnes” istirahət-sağlamlıq mərkəzi, rayonda yaradılmış müasir turizm infrastrukturu, Qəbələnin füsunkar təbiəti ilə də tanış olublar.
Qəbələ ilə tanışlıq, rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri Rusiyadan olan nümayəndə heyətində zəngin təəssürat yaradıb. Qonaqlar Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu və bu istiqamətdə böyük işlər görüldüyünü söyləyib, ölkəmizin sosial-iqtisadi inkişafının, bölgələrdə müasir texnologiyaya əsaslanan infrastrukturun, sürətlə inkişaf edən turizm sektorunun iqtisadiyyatımıza verəcəyi töhfələri yüksək qiymətləndirib və Qəbələyə səfərlərindən məmnunluqlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16

