“Azərsu” ASC-də Regional Təlim-İnkişaf Proqramının yekunlarına həsr olunmuş tədbir keçirilib
03.03.2015 [09:46]
Fevralın 27-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) Regional Təlim-İnkişaf Proqramının yekunlarına həsr olunmuş tədbir keçirilib. Səhmdar Cəmiyyətin İşlər İdarəsinin rəis müavini Rahid Fətəlizadə işçilərin biliklərinin və peşəkarlıq qabiliyyətinin yüksəldilməsi məqsədilə 2014-cü ildə kompleks təlimlərin keçirilməsinə qərar verildiyini diqqətə çatdırıb. Bildirilib ki, Quba, Lənkəran, Şamaxı, Gəncə, Mingəçevir, Füzuli, Şirvan şəhərləri mərkəz seçilməklə, 7 regionda təlimlər təşkil olunub. Proqram çərçivəsində regionlarda fəaliyyət göstərən 58 təşkilatın 1249 işçisi 9 istiqamət üzrə təlimlərdə iştirak edib.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov birinci Regional Təlim-İnkişaf Proqramının yüksək səviyyədə təşkil edildiyini bildirib və nəticələrdən razı qaldığını diqqətə çatdırıb. Cəmiyyətin sədri qeyd edib ki, icra olunan layihələrdə ən son texnologiyalar və idarəetmə metodlarından istifadəyə üstünlük verildiyindən kadr hazırlığı məsələləri bundan sonra da diqqətdə saxlanılacaq və daha da gücləndiriləcək: “Qabaqcıl təcrübənin öyrənilməsi məqsədi ilə mütəxəssislərimiz mütəmadi olaraq təlimlərə göndərilir. İcrasına ötən il başlanılmış Regional Təlim-İnkişaf Proqramını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislər qazandıqları bilik və təcrübələri fəaliyyətlərində tətbiq edir, digər həmkarları ilə paylaşırlar. “Azərsu” ASC işçilərin peşəkarlığının artırılması məqsədilə layihələrin icrasını bundan sonra da davam etdirəcək”.
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC direktoru Etibar Məmmədov qeyd edib ki, regional təlimlərin təşkili Səhmdar Cəmiyyətin kadr bazasının formalaşdırılmasına əlverişli imkanlar yaradıb. Rayon sukanal idarələrinin əməkdaşları təlim çərçivəsində biliklərini artırmaqla yanaşı, su təchizatı və kanalizasiya sektorundakı yeniliklərlə tanış olmaq imkanı qazanıblar.
Təlimlərin iştirakçısı olmuş Zərdab Sukanal İdarəsinin əməkdaşı Nərminə Məmmədzadə təlim proqramının əhəmiyyətindən danışıb və qeyd edib ki, təlimdə qazanılmış nəzəri və praktiki təcrübə sonrakı iş proseslərində böyük fayda verir.
Tədbirin sonunda təlimləri müvəffəqiyyətlə başa vurmuş 16 əməkdaş və təlimlərin təşkilində fəallıq nümayiş etdirmiş 13 işçi mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

