Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində nəzarət markasının tətbiqi ilə bağlı görüş keçirilib
23.09.2015 [10:26]
Sentyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə qərarı ilə əlaqədar nəşriyyat və mətbəə nümayəndələri ilə görüş keçirilib.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra kitab, jurnal, qəzet nəşri geniş yayılıb, ümumiyyətlə, bu sahədə çox mühüm işlər görülüb və geniş rəqabət mühiti yaranıb. Dini ədəbiyyatın nəşri ilə bağlı məsələlərdə müəyyən qaydalar var ki, onlar vicdan və dini etiqad azadlığı ilə əlaqəlidir. Bu gün bütün dünyada dindən sui-istifadə halları geniş yayılıb.
Komitə sədri deyib ki, Azərbaycanda dini etiqad azadlığından sui-istifadə hallarının qarşısını almaq üçün dövlət qabaqlayıcı tədbirlər görür. Dövlət milli və ictimai təhlükəsizliyini qorumaq üçün dini ədəbiyyat üzərində müəyyən nəzarət həyata keçirir ki, bu, senzura deyil. Dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət sadəcə radikal yönümlü fəaliyyətin, o cümlədən məzhəblərarası münasibətləri qızışdırmaq, Azərbaycanda konstitusion quruluşun əleyhinə bu və ya digər formada fəaliyyət göstərmək cəhdində olan, dini pərdə altında gizlənən hər hansı qrupun qarşısını almaq üçündür. Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə bütün dinlərin, o cümlədən ölkə əhalisinin mütləq əksəriyyətinin mənsub olduğu İslam dininin daha geniş şəkildə və düzgün öyrənilməsi qanunla tənzimlənir.
Mübariz Qurbanlı nəşriyyat və mətbəələrin üzərinə düşən vəzifələrdən danışıb, bu istiqamətdə proseslərin milli maraqlar çərçivəsində həll edilməli olduğunu bildirib.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov Nazirlər Kabinetinin müvafiq qərarından irəli gələn məsələlər, xüsusən də dini ədəbiyyatın nəşrində nəzarət markasının tətbiqi qaydaları barədə məlumat verib.
Komitənin hüquq və qeydiyyat şöbəsinin müdiri vəzifəsini icra edən Bəhruz Müslümov müvafiq qərarın icrasının hüquqi tərəflərini, nəzarət markasının tətbiqinin hüquqi istiqamətləri, qanun pozuntusu baş verəcəyi halda bu sahədə qanunvericilikdə nəzərdə tutulmuş cərimələr, eləcə də İnzibati Xətalar Məcəlləsi ilə təsbit olunmuş hallarla bağlı nəşriyyat və mətbəə nümayəndələrini məlumatlandırıb.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44

