/ / ƏƏSMN Yevlax və Bərdə rayonlarında 16 fərdi yaşayış evini müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verib
ƏƏSMN Yevlax və Bərdə rayonlarında 16 fərdi yaşayış evini müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verib
07.10.2015 [10:02]
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 11-i Yevlax rayonunda, 5-i isə Bərdə rayonunda olmaqla, daha 16 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Evlərin təqdim olunması tədbirlərində ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov və Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, əlil ictimai birliklərinin və həmin rayonların yerli ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirlərdə Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində respublikamızda əldə olunan makroiqtisadi sabitlik və inkişaf dinamikasından bəhs olunub. Bildirilib ki, iqtisadi böhran səbəbindən hətta inkişaf etmiş ölkələrdə bir çox sosial proqramlar təxirə salındığı halda, Azərbaycan iqtidarının sosialyönümlü siyasətinin bariz təzahürü kimi, ölkəmizdə bütün sosial proqramlar uğurla davam etdirilir. Təsadüfi deyil ki, dövlət başçısı Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair iclasında “Heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik”, - deyə vurğulayıb.
Azərbaycanda sosial proqramlardan biri olaraq, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri də uğurla davam etdirilir. Bu ilin iyununda Tərtər rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilib, hazırda İmişli, Beyləqan, Şamaxı və Bakı şəhərlərində ümumilikdə 238 mənzili olan çoxmərtəbəli 4 yaşayış binası inşa etdirilir. 52 rayonda isə 375 fərdi evin tikintisi işləri aparılıb və onlardan inşası yekunlaşan evlər istifadəyə verilir. Həmçinin hazır binalardan müharibə əlilləri və şəhid ailələri üçün mənzillərin alınması işləri görülür ki, onlar təmir edildikdən sonra istifadəyə veriləcək.
Tədbirdə qeyd olunan şəxslərin sosial təminatının gücləndirilməsi üçün digər sahələrdə həyata keçirilən tədbirlərdən də bəhs olunub. Yeni fərdi yaşayış evlərinin sahibləri olan müharibə əlilləri və şəhid ailələri ölkəmizdə hər bir vətəndaşın, o cümlədən imtiyazlı insanların sosial firavanlığının təmin olunması üçün aparılan uğurlu siyasətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41

