BANM-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 23 illiyi münasibətilə tədbir keçirilib
21.11.2015 [10:24]
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyası öz uğurlarını həmişə xalqla olan vəhdətindən əldə edib
Bakı Ali Neft Məktəbində (BANM) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 23 illiyi münasibətilə tədbir keçirilib. Öncə tədbir iştirakçıları tərəfindən Ümummilli lider, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin Bakı Ali Neft Məktəbindəki büstü önünə gül dəstələri qoyulub.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbiri giriş sözü ilə açaraq YAP-ın 23 illik bir dövrdə keçdiyi tarixi yola və görülən işlərə diqqət çəkib. Elmar Qasımov bildirib ki, təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin Sədrliyi ilə uğurlu fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası fəaliyyət göstərdiyi 23 il ərzində mühüm tarixi əhəmiyyətli işlər görüb. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib.
O, Yeni Azərbaycan Partiyasının Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda ən fəal və qabaqcıl rol oynadığını vurğulayıb. Bununla yanaşı, Yeni Azərbaycan Partiyası Azərbaycanın dağılması, parçalanması, bir dövlət kimi məhvolma təhlükəsi yaşadığı dövründən bugünkü inkişafına, regionun ən güclü dövləti kimi özünü təsdiqləməsinə qədər həm çox çətin, həm də şərəfli bir yol keçdiyini xatırladıb.
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov 23 illik tarixə diqqət çəkərək bu dövrdə partiyanın Azərbaycan xalqı qarşısında gördüyü işləri çox yüksək dəyərləndirib. O bildirib ki, Yeni Azərbaycan Partiyası dövlətçilik uğrunda yorulmadan xidmət edərək öz uğurlu fəaliyyəti ilə ölkəmizi dünya miqyasında tanıtmağa nail olub. S.Novruzov qeyd edib ki, ictimai proseslərin önündə yer alan, müstəqil Azərbaycanın tarixində keçirilən seçkilərdə hər zaman böyük qələbələr qazanan Yeni Azərbaycan Partiyası öz uğurlarını həmişə xalqla olan vəhdətindən əldə edib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi, o cümlədən bugünkü tərəqqisinin əldə olunmasında müstəsna rol oynamaqla bərabər, ən mütəşəkkil, nüfuzlu, ən qabaqcıl və tərəqqipərvər siyasi partiya olduğunu Azərbaycan xalqı qarşısında xidmətləri və əməlləri ilə təsdiq edib.
Xəbər lenti
Hamısına baxSosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42

