Dövlət Sərhəd Xidmətinin tədris mərkəzində yeni təlim poliqonu istifadəyə verilib
08.12.2015 [09:43]
Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Sərhəd Xidməti (DSX) qarşısında qoyduğu tapşırıqların yerinə yetirilməsi, şəxsi heyətin dövlətçilik ənənələrinə sədaqət, dövlət sərhədlərinin müqəddəsliyi, vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyəsi istiqamətində tədbirlər davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, qurumun birləşmə və hərbi hissələrinin döyüş hazırlığının yüksəldilməsi, şəxsi heyətdə müasir silah və texnikaların döyüşdə tətbiqi üzrə bacarıq və vərdişlərin daha da gücləndirilməsi, hərbi qulluqçuların peşəkar hazırlığının təmin edilməsi üzrə xidməti imkanların genişləndirilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin tədris mərkəzində yeni təlim poliqonu xidməti istifadəyə verilib.
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev təlim poliqonuna və Xidmətin çevik hərəkət bölmələrinin döyüş hazırlığına baxış keçirib.
Şəxsi heyət qarşısında çıxış edən Elçin Quliyev yeni təlim poliqonunun xidməti istifadəyə verilməsi münasibətilə sərhədçiləri təbrik edib. E.Quliyev bu təlim poliqonunun Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinin inkişafına göstərdiyi böyük diqqət və qayğının növbəti bariz nümunəsi olmasını, təlim poliqonunda sərhədçilərin peşəkar təlimi üçün mükəmməl şəraitin yaradılmasını xüsusi vurğulayıb.
Dörd yüz hektar ərazidə tikilən yeni təlim poliqonunda ən mürəkkəb və müxtəlif məsafəli atışlar üçün uzaqdan idarə olunan hədəf sistemləri quraşdırılıb, taktiki hərəkətlərin işlənilməsi, çevik bölmələrin şəxsi heyətinin fiziki hazırlığının, psixoloji və dözümlülük vərdişlərinin inkişaf etdirilməsi üçün xüsusi təlim sahələri, komandir heyətinin bilik və bacarıqlarının artırılması üçün səhra tipli taktiki siniflərdən ibarət təlim sahəsi yaradılıb.
Təlim poliqonundakı elektronlaşdırılmış atəş sahələrində atıcı və iriçaplı silahlardan eyni vaxtda çoxsaylı atış tapşırıqlarını yerinə yetirmək, hər bir atış prosesində sərrastlığı real vaxt rejimində qiymətləndirərək korrektə etmək imkanları təmin edilib. Poliqonun taktiki və çevik bölmələrin hazırlığı üzrə təlim sahələrində sərhədçilərə döyüşdə düzgün hərəkət bacarıqlarının aşılanması, şəxsi heyətdə real döyüş şəraitində hədəfləri zərərsizləşdirmək və döyüş tapşırığını yerinə yetirmək vərdişlərini formalaşdırmaq üçün geniş şərait yaradılıb.
Baxış zamanı Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələrinin hərbi qulluqçuları tərəfindən poliqonun bütün təlim sahələrində yüksək peşəkar hazırlıq və döyüş bacarığı nümayiş etdirilib.
E.Quliyev şəxsi heyətin döyüşə hazırlıq səviyyəsini müsbət qiymətləndirib, təlim tapşırıqlarının böyük məharət və ruh yüksəkliyi ilə yerinə yetirilməsinin hərbi hissə və birləşmələrin döyüş hazırlığının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin real nəticəsi olduğunu qeyd edib.
Sonda təlim tapşırıqlarının yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular təltif olunublar.
Xəbər lenti
Hamısına baxDünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26

