Lənkəran: Sahibkarlığın inkişafı prioritet vəzifələrdəndir
17.02.2016 [10:02]
Fevralın 16-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində yerli sahibkarlarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevin həyata keçirdiyi anti-böhran tədbirlərindən söhbət açıb, rayonda süni qiymət artımının qarşısının qətiyyətlə alındığını, bu sahədə qarşıya çıxan problemlərin aradan qaldırıldığını diqqətə çatdırıb.
Qeyd olunub ki, sahibkarlığın inkişafına dövlət dəstəyi, bu sahədə atılan addımlar lənkəranlı iş adamları tərəfindən də rəğbətlə qarşılanır.
Bildirilib ki, ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatını inkişaf etdirmək olduqca vacibdir. Rayonda sitrus meyvəçiliyinin inkişafı da ən ümdə vəzifələrdəndir. Tədarük məntəqələrinin, emal müəssisələrinin fəaliyyəti günün tələblərinə cavab verməlidir. Yeni sənaye zonalarının yaradılması, xammalın istehsalının artırılması, nəticədə dövlət büdcəsindən asılılıq aradan qaldırılmalıdır.
T.Qaraşov çıxışında vurğulayıb ki, Lənkəranda sahibkarlığın inkişafı prioritet vəzifələrdəndir. Əkinəyararlı torpaqlardan səmərəli istifadə edilməli, ayrı-ayrı kiçik təsərrüfatlar birləşməlidir.
Lənkəran üçün ənənəvi çəltikçiliyi inkişaf etdirmək də olduqca vacibdir. Yeni yaradılan kənd təsərrüfatı idarəsi bu sahədə səmərəli fəaliyyət göstərməlidir.
Şəhər İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov rayonda sahibkarlığın inkişaf vəziyyəti və qarşıda duran vəzifələr barədə danışıb.
Görüşdə rayonda sahibkarlığın inkişafı ilə bağlı təkliflər səsləndirilib.
Xəbər lenti
Hamısına baxİdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07

