Aqrar islahatlar kənd təsərrüfatının dinamik inkişafına zəmin yaradıb
24.06.2016 [10:04]
Gədəbəyin ənənəvi təsərrüfat sahələrinin perspektivləri rayonda keçirilən aqrar müşavirənin əsas mövzusu olub
İyunun 23-də Gədəbəy rayonunda kənd təsərrüfatı məsələləri üzrə yaradılmış işçi qrupun üzvlərinin, mütəxəssislərin, fermer və təsərrüfat sahiblərinin iştirakı ilə müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, yaradılmış işçi qrupun üzvləri əvvəlcə rayonun Maarif kəndində fərdi təsərrüfatçıların dəmyə şəraitdə becərdikləri taxıl və bostan bitkiləri sahəsinə baxıb, Slavyanka kəndində mal-qaranın yaylağa köçürülməsi prosesi ilə tanış olublar.
Rayon mədəniyyət evində keçirilən müşavirəni açan Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov aqrar sahədəki mövcud vəziyyət barədə məlumat verib. Bildirib ki, Gədəbəyin iqtisadiyyatı kənd təsərrüfatının əkinçilik və heyvandarlıq sahələri üzrə tanınsa da, son illər Gədəbəy əsasən sənayetutumlu rayona çevrilib. Qeyd olunub ki, rayonda əkinçiliklə bərabər, maldarlıq da sürətli inkişaf edir. Hazırda Gədəbəydə 54,8 min baş iribuynuzlu, 278,8 min baş xırdabuynuzlu mal-qara saxlanılır. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə cari ildə fermerlər tərəfindən 169 baş iribuynuzlu heyvan süni mayalandırılıb.
R.Yediyarov, həmçinin bildirib ki, fermer təsərrüfatlarında 7916 arı ailəsi saxlanılır. Hər il orta hesabla bu təsərrüfatlarda 47 ton bal istehsal olunur.
İşçi qrupun rəhbəri Azər Əmiraslanov çıxış edərək, dövlətimizin başçısının qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatının gəlirli sahələrinin inkişafı üçün qarşıya qoyduğu vəzifələrdən, verdiyi konkret tapşırıqlardan danışıb.
Aqrar sektora göstərilən dövlət dəstəyindən bəhs edən işçi qrupun rəhbəri bu sahənin inkişafı üçün inzibati və maliyyə resurslarının səfərbər edilməsinin, uçot və statistika işinin düzgün qurulmasının, iri təsərrüfatların, kooperativlərin yaradılmasının perspektivlərindən söz açıb. Bildirilib ki, həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub.
A.Əmiraslanov Gədəbəydə kənd təsərrüfatının ənənəvi sahələrinin - kartofçuluğun, taxılçılığın, bostan bitkilərinin inkişafı ilə yanaşı, arıçılığın, iri və xırdabuynuzlu heyvandarlığın perspektivləri barədə fikirlərini bildirib, görüləsi işləri diqqətə çatdırıb.
Müşavirədə iri və xırdabuynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, yeni kartof və taxıl sortlarının tətbiqi və sahələrinin genişləndirilməsi, ana və damazlıq arıların əldə olunması, rayonda ənənəvi bal festivalının keçirilməsi, suvarma işinin yaxşılaşdırılması və digər təkliflər səsləndirilib.
Sonda işçi qrupun üzvləri qaldırılan məsələlərə münasibətlərini bildiriblər. Bir sıra təkliflər baxılmaq üçün nəzarətə götürülüb.
İşçi qrupun üzvləri daha sonra Samuxa yola düşüblər.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

