“Kaspi” Təhsil Şirkətinin rəhbərliyi mətbuat nümayəndələri ilə görüşüb
10.09.2016 [10:53]
Sona Vəliyeva: Məzunlarımızın 97 faizinin yüksək nəticə göstərməsi bizim də uğurumuzdur
Dünən “Kaspi” Təhsil Şirkətinin rəhbərliyi mətbuat nümayəndələri ilə hesabat xarakterli görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə yüksək bal toplamış bir sıra keçmiş abituriyentlər - indiki tələbələr, həmçinin onların valideynləri də iştirak ediblər.
“Kaspi” Təhsil Şirkətinin təsisçisi və İdarə Heyətinin sədri Sona Vəliyeva qeyd edib ki, keçən illərdə olduğu kimi, bu il də “Kaspi” kurslarında təhsil almış abituriyentlər qəbul imtahanlarında yüksək bal toplayıblar: “Bu il bu tədris ocağında hazırlaşan şagirdlərdən 25 faizi 600-dən yuxarı, 40 faizi 500-dən yuxarı bal toplamış, orta bal göstəricisi isə 450-dən yuxarı olmuşdur; bu statistika “şagird, valideyn və müəllim” üçlüyünün mütəmadi olaraq qarşılıqlı ünsiyyətdə olması, şagirdin real bilik səviyyəsi haqqında həm özünün, həm də onun valideyninin dəqiq məlumatlandırılmasının nəticəsində mümkün olub”.
Təsisçi S.Vəliyeva deyib ki, abituriyent hazırlığı ilə bağlı artıq Azərbaycanın regionlarında, o cümlədən Lənkəran, Masallı və Yardımlıda, Gəncə şəhərində vətəndaşlara xidmət göstərilir. O qeyd edib ki, hər bir təhsil müəssisəsi kimi “Kaspi” Təhsil Şirkəti də öz fəaliyyətinin səviyyəsini abituriyent hazırlığı ilə ölçür: “Əgər filiallarımızda abituriyent hazırlığına gələn məzunlarımızın ümumilikdə 97 faizi cari ildə yüksək nəticə göstərərək ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbəsi adını qazanıblarsa, bu, həmin gənclərlə bərabər bizim də nailiyyətimiz, uğurumuzdur”.
S.Vəliyeva deyib ki, ötən 9 il ərzində abituriyent hazırlığı şöbəsinin fəaliyyəti nəticəsində hazırda Azərbaycanın, demək olar ki, bütün ali təhsil müəssisələrində minlərlə məzunumuz təhsil alıb və indi də almaqdadır: “Bu, “Kaspi” Təhsil Şirkətinin, abituriyent hazırlığının real nəticəsidir. “Kaspi” Təhsil Şirkəti xarici dillərin tədrisi ilə məşğul olan bir mərkəz kimi fəaliyyətə başlayıb. Ötən 10 il ərzində fəaliyyətini daha da genişləndirərək 2 lisey, 2 uşaq bağçası, 10 filial açıb, 5 yerli nümayəndəliyə fəaliyyət hüququ verib. Bundan əlavə, şirkətin xaricdə təhsil xidmətləri göstərən “Kaspi Global” şöbəsi də var ki, bu, ölkədə bu sahədə fəaliyyət göstərən ilk mərkəzlərdən hesab olunur”.
S.Vəliyeva qeyd edib ki, “Kaspi” Təhsil Şirkəti Azərbaycanın regionlarında təhsil sahəsində fəaliyyət göstərmək istəyən, bu sahəni bilsə də, hər hansı mərkəz yaratmaqda və ya açmaqda tərəddüd edən insanlara öz xidmətlərini, yardımını göstərə bilər. Onun sözlərinə görə, bu, dövlət quruculuğuna, dövlətin təhsil siyasətinə, xüsusən də təhsil sahəsinin daha da inkişafına verilə biləcək töhfədir: “Bu yolla biz regionlardakı peşəkar müəllimləri də prosesə cəlb edə, onların zəngin təcrübəsindən ümumilikdə səmərəli şəkildə yararlana bilərik”.
“Kaspi” Təhsil Şirkətinin direktoru Elnur Əliyev öz çıxışında şirkətin vətəndaşlarımıza daima ən yüksək səviyyədə xidmət göstərməyə çalışdığını, həmçinin onlara ərazi baxımından yaxın olmağa çalışdıqlarını qeyd edib, hətta bunun üçün yeni Nəsimi filialının açılması xəbərini də verib.
Konfransda o da bildirilib ki, universitetə qədər təhsilin bütün mərhələlərini əhatə etməyə çalışan “Kaspi” bu işi sistemli və kompleks şəkildə idarə edir, kəmiyyətlə yanaşı, keyfiyyəti də yuxarıda tutmağa çalışır. Hətta bunun üçün filiallarda və digər mərkəzlərdə mütəmadi yoxlamalar aparılır, qiymətləndirmələr həyata keçirilir.
Tədbirə dəvət olunan valideynlər də çıxış edərək, öz sevinclərini bölüşüb, övladlarının uğur qazanmalarında əməyi keçənlərə öz minnətdarlıqlarını bildiriblər.
Sonda yüksək bal toplamış abituriyentlərə şirkət adından müxtəlif hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

