Dini radikalizm İslamı parçalamaq məqsədi daşıyır
24.11.2016 [10:05]
Kürdəmirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə noyabrın 23-də “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin rəhbərləri, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı, bölgədə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının əməkdaşları, dini işlər üzrə komissiyanın üzvləri, dini icma sədrləri, din xadimləri, habelə ictimaiyyət fəalları və gənclər iştirak ediblər.
Regional konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən, dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.
Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov tədbiri açaraq Azərbaycanın multikulturalizm siyasətinin daha dərindən mənimsənilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqi ilə əlaqədar görülən işlərdən, bu sahədə qarşıda duran vəzifələrdən danışıb. İcra hakimiyyətinin başçısı respublikamızda tarixən müxtəlif millətlərin nümayəndələrinin birgə yaşayıb, bir-birinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşdıqlarını vurğulayıb.
Regional konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edib. M.Qurbanlı diqqəti “Fitnə” sənədli filmindəki faciəli səhnələrə cəlb edərək bildirib ki, aldadılaraq Suriyaya aparılan və orada həlak olan gəncin atasının keçirdiyi hisslər, terrorçuların təsiri altına düşən və həbsxanada yatan gənclərimizin peşmançılığı bu gün dini radikalizmin, İslam dinindən öz siyasi məqsədləri üçün istifadə edən qüvvələrin törətdikləri fitnə-fəsadların nəticəsidir. Bu faciə radikalizmə qarşı hamılıqla mübarizənin zəruriliyini ortaya qoyur. Unutmaq olmaz ki, dini radikalizm dindən uzaqlaşmaqdır, İslamı parçalamaq məqsədi daşıyır.
Komitə sədri din pərdəsi altında aparılan münaqişələrdən danışaraq vurğulayıb ki, bu gün dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir. İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla, onun gözdən salınmasına yönələn siyasət həyata keçirilir. Belə bir şəraitdə dünyada sülhün təminatında dini təhlükəsizlik problemi getdikcə artmaqdadır.
Qeyd olunub ki, ölkəmizdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri müvafiq qanunlarla tənzimlənir. Ali hüquqi qüvvəyə malik Konstitusiyamızda beynəlxalq hüququn hamılıqla tanındığı norma və prinsiplər əksini tapmaqla yanaşı, bütün növ fundamental insan, vətəndaş hüquq və azadlıqları təsbit edilib.
Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Füzuli Cəfərov mövcud təhlükələrin ölkəyə yol tapmaması, multikultural və tolerant dəyərlərin qorunub saxlanılması üçün maarifləndirmə tədbirlərinin, o cümlədən ayrı-ayrı təhsil müəssisələrində, kollektivlərdə konfransların, seminarların, təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39

