/ / Koreya Respublikasının Azərbaycandakı səfirliyinin kollektivi zəngilanlı məcburi köçkünlərlə görüşüb
Koreya Respublikasının Azərbaycandakı səfirliyinin kollektivi zəngilanlı məcburi köçkünlərlə görüşüb
25.10.2017 [10:01]
Oktyabrın 24-də Koreya Respublikasının Azərbaycandakı səfirliyi və Zəngilan rayon İcra Hakimiyyəti Abşeron rayonunun Masazır qəsəbəsində zəngilanlılar üçün salınmış şəhərcikdə tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl qəsəbədəki tibb məntəqəsində sakinlərin müxtəlif xəstəliklər üzrə müayinəsi təşkil edilib.
Sonra qonaqlar şəhərcikdə yerləşən 260 yerlik “Şəfəq” uşaq bağçası ilə tanış olublar. Bağça uşaqlarına məktəb ləvazimatları və geyimlər hədiyyə edilib. Uşaqlar qonaqları müxtəlif dillərdə sülh şeirləri, Azərbaycan və Koreyanın milli rəqsləri ilə salamlayıblar. Həmçinin Zəngilan şəhərciyində uşaq bağçasının yenidən qurulan oyun meydançasının açılışı olub.
Daha sonra tədbirin rəsmi hissəsinə başlanılıb.
Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov qonaqlara qəsəbə haqqında məlumat verib. Bildirib ki, hazırda qəsəbədə 760 ailə yaşayır və daha 210 ailə də köçürülmək üzrədir. Qəsəbədə bütün infrastruktur - məktəb, bağça, tibb məntəqəsi, poçt məntəqəsi və Mədəniyyət Evi yaradılıb. Hazırda respublikamızda belə qəsəbələrin sayı yüzə yaxındır.
İcra başçısı Koreya Respublikası səfirliyinin və ölkəmizdə fəaliyyət göstərən Koreya şirkətlərinin nümayəndələrinə bu təşəbbüsə görə minnətdarlıq edib. Diqqətə çatdırıb ki, Koreyadan gələn həkimlər bu gün qəsəbə sakinlərinə tibbi yardım göstərib və müxtəlif xəstəliklər üzrə onları müayinə ediblər. Bir ay əvvəl səfirliyin təşəbbüsü ilə 33 nömrəli məktəbdə “Koreya Respublikası - məktəblilərin gözü ilə” adlı inşa müsabiqəsi keçirilib. Bu, səfirliyin azərbaycanlı qaçqın və məcburi köçkünlərə göstərdiyi dəstəyin bariz nümunələrindən biridir.
Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyu qəsəbədə olmaqdan məmnunluğunu ifadə edib. O deyib: “Göstərdiyimiz bu dəstək əslində ürəyimizdən gələn hisslərimizi sizə çatdırmaq məqsədi daşıyır. Bu yardımla biz zəngilanlı ailələrə mənəvi dəstək göstərməyə çalışmışıq. Torpaqlarını itirmiş insanların ağrı-acısını, qaçqın və məcburi köçkünlərin yaşadığı hissləri çox yaxşı anlayıram”.
Koreya Respublikasının hər zaman Azərbaycanın mövqeyini dəstəklədiyini qeyd edən səfir əminliklə bildirib ki, qaçqın və məcburi köçkünlər yaxın zamanda öz doğma torpaqlarına geri qayıdacaqlar.
Tədbirin əhəmiyyətindən danışan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib ki, bu il Azərbaycan Respublikası ilə Koreya Respublikasının diplomatik münasibətlərinin 25-ci ildönümüdür. Ötən 25 il ərzində həm ikitərəfli əlaqələrin genişlənməsi baxımından, həm də hər iki ölkənin sosial-iqtisadi inkişafı baxımından böyük yol qət edilib. Koreya və Azərbaycan arasında müxtəlif sahələrdə - səhiyyə, təhsil, kommunikasiya, rabitə, nəqliyyat və digər sahələrdə yüksək səviyyəli əməkdaşlıq mövcuddur. O deyib: “Bizim üçün ən böyük əhəmiyyət kəsb edən məqam Azərbaycanın üzləşdiyi bir nömrəli problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi probleminə Koreya dövlətinin, Koreya xalqının bu qədər həssaslıqla, diqqətlə yanaşmasıdır”.
Vurğulanıb ki, Koreya Cənubi Qafqaz regionunda Azərbaycana böyük əhəmiyyət verdiyini dəfələrlə qeyd edib. Təsadüfi deyil ki, bu ölkənin Cənubi Qafqaz regionundakı səfirliyi məhz Azərbaycanda açılıb.
Sonra Koreya Respublikası səfirliyinin təşəbbüsü ilə Zəngilan rayonu 33 nömrəli məktəbin 5-11-ci sinif şagirdləri arasında “Koreya Respublikası - məktəblilərin gözü ilə” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbir konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40

