/ / ƏƏSMN-də əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatlandırma və təbliğat işlərinin aparılmasına dair Tədbirlər Planı hazırlanıb
ƏƏSMN-də əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatlandırma və təbliğat işlərinin aparılmasına dair Tədbirlər Planı hazırlanıb
11.01.2018 [10:02]
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatlandırma və təbliğat işlərinin aparılmasına dair 2018-ci il üçün Tədbirlər Planı təsdiq edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir ki, sənəd Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 5-ci “Qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili” bəndinə uyğun olaraq cari il ərzində respublikanın bütün regionlarında nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq mövzularda seminar və müşavirələrin keçirilməsini nəzərdə tutur. Həmin tədbirlərin keçirilməsini təşkil etmək üçün işçi qrupu yaradılıb.
Seminar və müşavirələr “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi”, “Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları”, “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları”, “Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları”, “Məcburi əmək və insan alverinin qarşısının alınması”, “Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları”, “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar”, “Kollektiv müqavilə və sazişin bağlanmasının ümumi qaydaları” və s. mövzuları əhatə edəcək.
Həmçinin “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri”, “İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları”, “İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları” və digər mövzularda da seminar və müşavirələrin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə işlərinin davam etdirilməsi, “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda da cari il ərzində seminar və müşavirələrin təşkili planlaşdırılıb.
Tədbirlər zamanı iştirakçılara aidiyyəti mövzularda maarifləndirici çap məhsullarının paylanması da nəzərdə tutulur.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxMədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24

