Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın ilk iclası keçirilib
17.02.2018 [10:17]
Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuranın ilk iclası keçirilib. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Komitə sədri Mübariz Qurbanlı deyib ki, bu sahəyə göstərilən diqqət sayəsində Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti genişlənib, Qeyri-Hökumət Təşkilatları dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevriliblər. Qeyd edilib ki, dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda da ictimai iştirakçılıqla bağlı qarşıya yeni vəzifələr qoyulub.
DQİDK-ın qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıran Mübariz Qurbanlı Komitə yanında yaradılan İctimai Şuranı bu sahədə atılan növbəti uğurlu addım kimi dəyərləndirib. O, İctimai Şuranın üzvlərinə Dövlət Komitəsinin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, Komitə ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, onun fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətindəki fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra İctimai Şuranın təşkilati məsələləri ilə bağlı rəy və təkliflər səsləndirilib. İki il müddətinə fəaliyyət göstərəcək İctimai Şuraya üzvlər arasından səs çoxluğu ilə Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev sədr, Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin sədri Fəxrəddin Həsənzadə sədr müavini, Yeni Üfüq İctimai Birliyinin sədri Sevinc Əzimbəyli isə katib seçiliblər.
İclasda çıxış edən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev DQİDK-nın vətəndaş cəmiyyətləri ilə uğurlu əməkdaşlıq təcrübəsindən bəhs edib. Ə.Nuriyev Dövlət Komitəsi tərəfindən cəmiyyətin maarifləndirilməsi istiqamətində aparılan işlərin önəmini qeyd edərək, İctimai Şuranın bu tədbirlərdə yaxından iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09

