/ / Dinlərarası və mədəniyyətlərarası dialoqun davamlılığının təmin edilməsi Azərbaycanın əsas hədəfləri sırasındadır
Dinlərarası və mədəniyyətlərarası dialoqun davamlılığının təmin edilməsi Azərbaycanın əsas hədəfləri sırasındadır
01.03.2018 [10:18]
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə dünyanın bütün regionlarını və dinlərini təmsil edən 45 nəfərdən ibarət Məşvərət Forumunun iclasında iştirak edib
Fevralın 28-də Vyanada KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Məşvərət Forumunun ikinci illik toplantısı keçirilib.
Toplantıda beynəlxalq təşkilatın indiyə qədərki fəaliyyətinə nəzər salınıb, cari məsələlər və qarşıdakı fəaliyyət planı müzakirə edilib. Baş katibliyi Vyana şəhərində yerləşən təşkilatın dünyanın müxtəlif regionlarında həyata keçirdiyi layihələr təqdim olunub.
Dünyanın bütün regionlarını və dinlərini təmsil edən 45 nəfərdən ibarət Məşvərət Forumunun iclasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə salamlama nitqi ilə çıxış edib. O, çıxışında bildirib ki, müasir dövrümüzdə dünyanın müxtəlif guşələrində törədilən terror aktları, insan qırğını, maddi və qeyri-maddi mədəni irsin məhvi, separatizm, ksenofobiya, islamofobiya, antisemitizm təzahürləri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir, dinlərarası və millətlərarası dialoqa ciddi zərbə vurur. Bununla belə, cəmiyyətlərin sabitliyi və tərəqqisini təmin edən mühüm dəyərlər mövcuddur ki, onların sırasında dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti önəmli yer tutur. Bu həqiqətin təbliğ edilməsində, dinlərarası qarşılıqlı ehtiramı və multikultural mədəniyyəti gücləndirən addımların atılmasında dini liderlərin üzərinə mühüm vəzifə düşür.
KAİCİİD-in Direktorlar Şurasının yeni üzvü kimi A.Paşazadə tədbir iştirakçılarına, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin yaranma tarixi və fəaliyyəti barədə məlumat verib, onun beynəlxalq müstəvidə dinlərarası dialoq prosesində fəal iştirakından bəhs edib. Qeyd edilib ki, 2010-cu ildə Bakıda keçirilən Dünya Dini Liderlərinin Sammiti, Roma-katolik və pravoslav kilsələri ilə mütəmadi və səmərəli dialoq müsəlman-xristian dialoquna gözəl nümunədir.
Şeyxülislam deyib ki, ölkədəki müsbət mühiti nəzərə alaraq Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edib. Azərbaycanın dinlərarası dialoq işində önəmli səyləri dəyərləndirilərək, ötən ilin dekabr ayında Bakıda “2017 - İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın nəticəsi olaraq Qafqaz Müsəlmanları İdarəsi yanında təsis edilən “Dialoqdan həmrəyliyə: dinlər və sivilizasiyalararası əməkdaşlıq” mərkəzinin fəaliyyətinin əsas hədəfi dinlərarası və mədəniyyətlərarası dialoqun davamlılığını təmin etməkdən ibarət olacaq.
A.Paşazadə çıxışının yekununda KAİCİİD-in ərəb və İslam dünyasında sülhün bərqərar olması istiqamətində fəaliyyətinin nəinki Yaxın Şərqdə, eyni zamanda, beynəlxalq müstəvidə sülh və əməkdaşlıq mühitinə dəyərli töhfə verəcəyinə ümidvar olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20

