Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şabranlılar sabitliyin və inkişafın davamına səs veriblər

Şabranlılar sabitliyin və inkişafın davamına səs veriblər

12.04.2018 [10:41]

11 aprel prezident seçkiləri Şabran rayonunda da böyük mütəşəkkilliklə keçib. Bu barədə məlumat verən Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov deyib ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə Şabran rayonunda ümumilikdə 46 seçki məntəqəsi fəaliyyət göstərir. Dairə üzrə ümumilikdə 50761 seçici var.
Rayon təşkilatının sədri bildirib ki, xarici müşahidəçilərin, siyasi partiyaların təmsilçilərinin izlədiyi seçki prosesində heç bir pozuntu qeydə alınmayıb.
Seçki komissiyasının üzvləri də seçicilərin çox fəal olduqlarını vurğulayıblar.
Sonra rayonun fəal sakinlərindən olan Tofiq Əmrahov və İlham Hidayətov da Azərbaycanın gələcəyi üçün yenidən cənab Prezidentimiz İlham Əliyevə səs verdiklərini bildiriblər. Həmçinin vurğulayıblar ki, Ulu öndərin xalqımıza əmanəti olan müstəqil Azərbaycana məhz idarəçilik təcrübəsi olan, xalqın inandığı, prinsipial və qətiyyətli siyasətçi rəhbərlik etməlidir.
Şabranda ilk dəfə səs verən gənclərdən Nicat Sultanov və Valeh Əkbərov belə mühüm kampaniyada iştirak etdiklərinə görə qürur hissi keçirdiklərini bildiriblər. Onlar deyiblər ki, cənab İlham Əliyevi Azərbaycan xalqının firavan gələcəyinin qarantı kimi gördüklərinə görə Ona səs veriblər.
Ümumiyyətlə, Şabran rayonu üzrə 46 məntəqənin hər birində seçicilərin müstəqil şəkildə səs vermələri, müşahidəçilərin isə rahat şəkildə müşahidə aparmaları üçün hər cür şərait yaradılıb. Seçkilərin gedişatını yerli müşahidəçilərlə yanaşı, xarici müşahidəçilər də müşahidə ediblər.

Paylaş:
Baxılıb: 433 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31