/ / Erməni hərbçilərinin növbəti təxribatı: AZƏRTAC-ın müxbiri güllə yarası almış Ağcabədi sakininin yerləşdirildiyi xəstəxanada olub
Erməni hərbçilərinin növbəti təxribatı: AZƏRTAC-ın müxbiri güllə yarası almış Ağcabədi sakininin yerləşdirildiyi xəstəxanada olub
19.04.2018 [09:39]
Ağcabədi rayonunun qoşunların təmas xəttinin yaxınlığında yerləşən Yuxarı Qiyaməddinli kəndinin sakinləri təsərrüfat işləri ilə məşğul ola bilmirlər. Əsas qazancı əkin-biçindən və heyvandarlıqdan olan kənd camaatının sözlərinə görə, hər il yaz vaxtı, əkin-biçinin qızğın çağında erməni silahlıları onları hədəf alır, sahələrə çıxmağa imkan vermirlər. Aprelin 18-də baş verən hadisə də bunu təsdiqləyir. Belə ki, Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlunun əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində yaralanması düşmənin dinc sakinləri hədəfə aldığını bir daha göstərir.
AZƏRTAC-ın bölgə müxbiri Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında olub, yaralı kənd sakininin vəziyyəti ilə maraqlanıb.
Rahim Hacıyevın əmisi Natiq Hacıyev bildirib ki, qardaşı oğlu özünün pay torpağında işləyərkən, mal-qarasını otararkən erməni hərbçilərinin atəşinə məruz qalıb. “Rahimin yaralandığını eşitdikdən sonra tez ora yollandım. Onu maşınımla rayon mərkəzi xəstəxanasına gətirdim. Xəstəxanada həkimlərin səyi nəticəsində qardaşım oğlunun həyatı xilas olundu, indi tibb işçilərinin nəzarəti altındadır. Bu, kəndimizdə yaşanan birinci belə hadisə deyil. Erməni hərbçiləri tez-tez bizi hədəf alır, təsərrüfat işləri ilə məşğul olmağa imkan vermirlər. Buna baxmayaraq, biz öz ordumuza güvənərək, doğma torpağımızda yaşayırıq”, - deyə Rahim Hacıyevın əmisi qeyd edib.
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Vaqif Bağırov yaralının vəziyyəti barədə məlumat verərək bildirib ki, güllə yarası ilə xəstəxanaya çatdırılan Rahim Hacıyev müayinələrdən keçirildi, analizlər götürüldü: “Xəstə təcili əməliyyat olundu. Müayinə zamanı aşkarlandı ki, güllə xəstənin sağ tərəfdən döş qəfəsindən daxilə keçib. Güllənin 12-ci döş fəqərəsi ilə 1-ci bel fəqərəsi arasında olduğu müəyyən edildi. Güllə döş və qarın aortasının arxa səthində, onurğanın ön səthində sümüyə sirayət edib. Vacib orqanların əhatəsində olduğu üçün gülləni çıxarmaq mümkün olmadı. Cərrahiyyə əməliyyatı zamanı içəri sirayət etmiş qan təmizləndi, ağ ciyərin aşağı hissəsi təmizlənərək tikildi və ağ ciyərin germetikliyi təmin edildi. Hazırda xəstə reanimasiya şöbəsindədir və vəziyyəti ağır qiymətləndirilir”.
Xəbər lenti
Hamısına baxDünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49

