Yeni ekologiya və təbii sərvətlər naziri kollektivə təqdim edilib
25.04.2018 [09:20]
Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Bahadur oğlu Babayev nazirliyin kollektivinə təqdim olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni naziri kollektivə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov təqdim edib, onun keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib. Ə.Əsədov qeyd edib ki, ekologiya və ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə olunması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkəmizdə reallaşdırılan milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri ətraf mühitin mühafizəsini, insanların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Buna uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin imzaladığı fərmanlarda, təsdiq etdiyi Milli və Dövlət Proqramlarında ekoloji mühitin sağlamlaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib, müvafiq surətdə ətraf mühitin bütün sahələrində, o cümlədən aqromeşələrin salınmasında, yaşıllıqların artırılmasında, meşələrin inkişafında, biomüxtəlifliyin mühafizəsində, su ehtiyatlarının davamlı idarə olunmasında və digər sahələrdə nəzərəçarpacaq nailiyyətlər əldə edilib.
Ə.Əsədov dövlət başçısı tərəfindən ekologiya və ətraf mühit sahəsində qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı nazirliyin kollektivinə müvafiq məsləhət və tövsiyələr verib.
Yeni ekologiya və təbii sərvətlər nazirinin təqdim edilməsində iştirak edən Hüseyn Bağırov nazir M.Babayevə gələcək fəaliyyətində uğurlar arzulayıb.
M.Babayev Prezident İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə Ona öz minnətdarlığını bildirib. O, dövlət başçısının ekologiya və ətraf mühit sahəsi ilə bağlı müəyyən etdiyi vəzifələrin icrasının layiqincə təmin ediləcəyini vurğulayıb.
M.Babayev bundan sonra da nazirliyin fəaliyyətinin bütün istiqamətlərində şəffaflığın tam təmin ediləcəyini, sistemli yanaşma və sosial ədalət prinsiplərinin rəhbər tutulacağını qeyd edib.
Xəbər lenti
Hamısına baxİdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58

