Yay mövsümündə necə qidalanmalıyıq?
03.07.2018 [09:29]
Mütəxəssislərin fikrincə, bu mövsümdə yüngül və tez həzm olunan qidalara üstünlük verilməlidir
Sağlam orqanizmə sahib olmaq üçün düzgün qidalanma əsas şərtdir. Əgər uzunömürlü, rahat və gümrah bir həyat sürmək istəyiriksə, ilk növbədə, sağlamlığın və gözəlliyin harmoniyası olan düzgün qidalanma qaydalarına riayət etməliyik. Bilirik ki, sağlam həyatın açarı elə düzgün qidalanmadan asılıdır. Qida rasionunun düzgün təşkili zamanı zərərli vərdişlərin olmamasına və vitaminlərlə zəngin qidaların qəbul edilməsinə xüsusi diqqət yetirməliyik. Bir sözlə, gün ərzində qəbul etdiyimiz qidalar orqanizmin ehtiyac duyduğu vitamin və mineralları təmin etməlidir. Təsadüfi deyil ki, xəstəliklərin əksəriyyəti düzgün qidalanmama nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olur.
Yay mövsümündə xəstəliklərin əsas səbəbi qidalanma ilə əlaqədardır
Bu məqamda qeyd edək ki, aparılan son tədqiqatlara görə, yay fəsli üçün xarakterik olan xəstəliklər arasında həzm pozğunluqları, mədə-bağırsaq orqanlarının xəstəlikləri birinci yerdə durur. Təəssüf ki, əhalinin xeyli bir qismi qidalanma qaydalarından xəbərsizdir. Bu məqama toxunan Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva əməkdaşımızla söhbəti zamanı bildirib ki, havanın temperaturunun yüksəlməsi, bəzi qida məhsullarının saxlanma şəraitinə düzgün əməl edilməməsi, həmçinin qidalanma zamanı bir sıra qaydaların gözlənilməməsi zəhərlənmə hallarının artmasına səbəb olur: “Əgər əvvəllər yay mövsümünə aid olan meyvə-tərəvəzlərlə bağlı zəhərlənmə müşahidə olunurdusa, indi bütün ilboyu istənilən meyvə-tərəvəzdən istifadə olunur. Sadəcə, tövsiyə edərdim ki, hər meyvə-tərəvəz öz mövsümündə qəbul edilsin. Çox vaxt zəhərlənmə süd və süd məhsulları (kəsmik, pendir, dondurma), kremli qənnadı məmulatları, ət və balıq məmulatları, bişməmiş kolbasa, yağda hazırlanmış balıq konservləri və s. yedikdə də baş verir. Zəhərlənmələrin qarşısını almaq üçün qida məhsullarından istifadə zamanı təmizliyə riayət etmək lazımdır”.
Konservləşdirilmiş məhsullardan istifadə edərkən ehtiyatlı olun
Şöbə müdirinin sözlərinə görə, əgər ev şəraitində hazırlanan turşular, tərəvəz salatları, kompotlar, mürəbbələr və s. üçün nəzərdə tutulan meyvə və tərəvəzlər yaxşı təmizlənməzsə, yuyulmazsa, düzgün sterilizasiya olunmazsa və uyğun olmayan şəraitdə saxlanılarsa, bu zaman insan botulizm xəstəliyinə tutula bilər: “Bu zaman, adətən, 10-12 saatdan sonra xəstədə qəflətən ürəkbulanma, qusma, ishal kimi əlamətlər meydana çıxır. Daha sonra insanda görmənin pozulması, göz qapaqlarının aşağı enməsi, səsin xırıltılı olması, bəzən tam tutulması, udma refleksinin, nəfəsalmanın pozulması kimi ağır əlamətlər inkişaf edir. Belə hallarda vaxt itirmədən təcili yardım çağırılmalıdır”.
Gülnarə Babayeva deyib ki, o cümlədən yeməklərin qarışdırılması, bir neçə növ xörəyin eyni vaxtda qəbul edilməsi həzmi çətinləşdirir və zəhərlənməyə zəmin yaradır. Bu səbəbdən orqanizmə vaxtaşırı istirahət verilməsi də çox faydalıdır.
Beləliklə, sağlam həyat tərzinin formalaşdırılması üçün, ilk növbədə, gündəlik qida rasionumuza zülallar, karbohidratlar və yağları daxil etməli, hər gün 2-3 litr çiy su içmə vərdişini özümüzdə formalaşdırmalıyıq. Səhər yuxudan oyanan kimi bir stəkan ilıq su içmək orqanizmə çox faydalı təsir göstərir. Yeməkdən 10-15 dəqiqə əvvəl də bir stəkan su xeyirlidir, lakin yemək zamanı maye qəbul etmək məsləhət görülmür. Şirniyyat və şəkərdən istifadə mümkün qədər azaldılmalı, fast-fudlardan isə imtina edilməlidir. Xatırladaq ki, meyvə-tərəvəzlərin bol olduğu yay aylarında zərərli qidalardan uzaq olmaqla artıq çəkini bir neçə kiloqram azaltmaq da mümkündür.
Bununla yanaşı, son istifadə müddəti keçmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları qəbul etməmək, yeməklərinizi gündəlik hazırlamaq, artıq qalmış yeməkləri isə bir dəfədən artıq isitməmək, meyvə və tərəvəzləri axar su altında yaxşı yuduqdan sonra yemək, şəxsi gigiyena qaydalarına riayət etmək və əlləri yaxşıca yumaq lazımdır. Mütəxəssislərin qənaətinə görə, çox vaxt edilən yanlışlıqlardan biri də meyvələrin həddindən çox və axşam saatlarında yeyilməsidir. Sadalanan qaydalara əməl etməklə yanaşı, açıq havada 30 dəqiqə gəzinti məsləhət görülür.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50

