Fransalı yazıçı Azərbaycandakı dövlət-din münasibətləri barədə məlumatlandırılıb
24.07.2018 [09:29]
İyulun 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Fransanın tanınmış yazıçısı Jerar Kardon ilə görüşüb. Strasburq şəhərində fəaliyyət göstərən Beynəlxalq Reyn dərnəyinin prezidenti, Elzas Universitetində mühazirələr oxuyan, Fransanın bir çox ali dövlət mükafatlarına layiq görülmüş Jerar Kardonun humanitar məsələlər, dünyada qadın hüquqları, habelə münaqişələrə dair onlarla əsəri dünyanın müxtəlif dillərinə tərcümə olunub.
Qafqaz Müsəlmanları İdarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə şeyxülislam A.Paşazadə Fransaya səfərlərini, bu səfərlər zamanı ölkənin müsəlman din xadimləri, habelə Fransa kardinalları ilə görüşlərini, iştirak etdiyi beynəlxalq tədbirləri xatırladıb, ölkə barədə təəssüratlarını bölüşüb. Şeyxülislam ölkələrimiz arasında münasibətlərin son illərdə daha da inkişaf etdiyini, bunun mədəni-mənəvi sahələri də ehtiva etdiyini bildirib.
Azərbaycan mədəniyyəti və tarixinə çox böyük maraq göstərən, Elzas regionunda Azərbaycanın təbliğində yaxından iştirak edən J.Kardon ölkəmizlə bağlı əsər yazmaq niyyətində olduğunu şeyxülislamın diqqətinə çatdırıb. O, öz kitabında Azərbaycanda dini mühitin özəllikləri barədə fikirlərinin də yer alacağını xüsusi vurğulayıb.
QMİ sədri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlətin dini dəyərlərə, dini abidələrə qayğı və diqqəti barədə, habelə dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinin dini maarifləndirmə istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı danışıb. Dünyada gedən proseslər fonunda, dini və milli zəmində ekstremizmin tüğyan etməsinə təkan verən hadisələrin səngimədiyi bir zamanda Azərbaycanın multikulturalizm diyarı kimi bəşəriyyətə təqdim etdiyi nümunəvi modelin əhəmiyyəti vurğulanıb. “Azərbaycan dünyada nadir məkanlardandır ki, dini və məzhəb ayrı-seçkiliyinə yol verilmir, burada şiələr və sünnilər eyni məsciddə bərabər namaz qılırlar. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik vətəndaşlar dövlətin diqqətini, maddi və mənəvi qayğısını, himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Məscid, kilsə, sinaqoq və digər dini məbədlər dövlətimizin dəstəyi ilə təmir, bərpa olunur, yeniləri inşa edilir. Bu, bizim həyat tərzimizdir, dövlət rəhbərimizin vətəndaşlarımız üçün yaratdığı şəraitin bəhrəsidir”,- deyə şeyxülislam vurğulayıb.
QMİ sədri Azərbaycanın dinlərarası dialoq işinə dövlət səviyyəsində verdiyi töhfələrdən, dövlətimizin başçısının bilavasitə təşəbbüsləri ilə elan olunmuş Multikulturalizm və İslam Həmrəyliyi illəri haqqında, bu illər çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə ölkəmizdə və dünyanın bir sıra ölkələrində keçirilmiş beynəlxalq konfranslar barədə qonağa ətraflı məlumat verib.
Şeyxülislam 2017-ci ilin dekabrında Bakı şəhərində keçirilmiş beynəlxalq konfransın iştirakçılarının müasir dünyada mövcud olan problem və çağırışları nəzərə alaraq, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini zəruri sayaraq, bu prosesin davamlılığını təmin etmək məramı ilə “Dialoqdan həmrəyliyə: dinlər və sivilizasiyalararası əməkdaşlıq” Mərkəzi yaradılması barədə qərar qəbul etdiyini diqqətə çatdırıb. Bakıda daimi fəaliyyət göstərəcək Mərkəzin QMİ-də yerləşdiyini, artıq Mərkəzin Himayədarlar və Məşvərət Şuralarının təsdiq olunduğunu və Mərkəzin xətti ilə ilin sonuna kimi Bakıda, Almaniya və İspaniyada beynəlxalq konfransların keçiriləcəyini bildirib. Şeyxülislam A.Paşazadənin mərkəzi Vyanada yerləşən KAİSİİD Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının yeganə müsəlman din xadimi üzvü kimi, habelə həmsədri olduğu MDB Dinlərarası Şurasının, sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının fəaliyyəti qonağın diqqətini cəlb etdi.
J.Kardon indiyədək Azərbaycanın və Ermənistanın dini liderləri arasında keçirilən görüşlərin tarixi ilə maraqlandı və belə birbaşa ünsiyyətlərin olduqca unikal və dəyərli təcrübə olduğunu bildirib. QMİ sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlandığı zamanda etibarən erməni dini liderləri ilə keçirdiyi görüşlər barədə qonağa geniş məlumat verib. O təəssüflə vurğulayıb ki, bu görüşlərdə əldə olunan nəticələr, gəlinmiş qərarlar tam olaraq həyata keçirilmir, erməni tərəfinin əməli addımlarında öz əksini tapmır. QMİ sədri Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin sülh yolu ilə ədalətli həllinə yardımını əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.
QMİ sədri Azərbaycanın dini-mənəvi həyatı ilə bağlı fransalı qonağı maraqlandıran sualları cavablandırıb.
Görüşün sonunda qonağa QMİ-nin fəaliyyətini əks etdirən kitab və albomlar, habelə xatirə hədiyyəsi təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

