Bakcell və “PwC Azərbaycan”ın birgə layihəsindən 100 uşaq bəhrələnib
04.08.2018 [08:32]
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi növbəti “İncəsənət vasitəsilə ünsiyyət” layihəsi başa çatıb.
Özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, onların asudə vaxtının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarını təmin edən Bakcell sözügedən layihənin icrasında aparıcı beynəlxalq peşəkar xidmətlər şirkəti olan “PwC Azərbaycan”la səylərini birləşdirib. Bakcell və PwC şirkətlərinin əməkdaşlığı sayəsində bu layihə üzrə bütün fəaliyyətlər maliyyələşdirilərək daha çox uşağa dəstək olmağa imkan yaradılıb.
Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) Mərkəzində həyata keçirilən rəsm, rəqs və teatr dərnəyindən ümumilikdə 75 uşaq yararlanıb. Xaçmaz İƏR mərkəzində isə 24 uşaq rəqs və rəsm dərnəklərinə cəlb olunub.
Valideynlər keçirilən dərnəklərin uşaqların həyatında böyük rol oynadığını dəfələrlə qeyd ediblər. Aşağı ətrafların inkişafdan geri qalması çətinliyi olan Rəsul Zəkiyevin anası Mehriban Zəkiyeva deyir ki, “İncəsənət vasitəsilə ünsiyyət” onun oğlunun inkişafında mühüm rol oynayıb: “Oğlum noyabr ayından Yasamal İƏR mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinə gedirdi. Bu məşğələlər müddətində Rəsulun özünəinamının artdığını, həmyaşıdları ilə həvəslə ünsiyyət qurduğunu gördüm. Həmçinin rəsm çəkməklə oğlumda gizli qalmış istedadı aşkarlamış olduq. Bu hal məni çox sevindirir və oğluma dəstək olan hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, 2010-cu ildən başlayaraq Bakcell şirkətinin dəstəyi ilə davamlı şəkildə həyata keçirilən bu layihədən hər il onlarla uşaq bəhrələnir və uğur qazanır.
“Bu vaxta kimi Xaçmaz İƏR mərkəzinin dərnəklərindən yararlanan uşaqlar şahmat, dama, armreslinq yarışlarında uğurla iştirak edərək mükafatlar qazanıb. Uşaqların çəkdiyi rəsmlər dəfələrlə müxtəlif sərgilərdə nümayiş olunub. Rəqs dərnəyinə qatılan uşaqlar Əlillərin VII Ümumrespublika Bədii Yaradıcılıq Zona Baxış Müsabiqəsində iştirak edərək xüsusi diplomlarla təltif olunublar. Ənənəvi olaraq hər il keçirilən 3 dekabr Beynəlxalq Əlillər Günü, Yeni İl şənliyi, Novruz bayramı, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi bayram tədbirlərində iştirak təkcə uşaqların deyil, onların valideynlərinin də həyatında dəyişikliklərə səbəb olur”, - deyə UAFA-nın Xaçmaz İƏR mərkəzinin Koordinatoru Kəmalə Əliyeva bildirib.
Yasamal İƏR mərkəzinin Valideyn Birliyi Koordinatoru Zəhra Xələfova deyir ki, Mərkəzdəki dərnəklərə qatılan uşaqlar müxtəlif tədbirlərdə böyük həvəslə iştirak ediblər: “Müasir İncəsənət Muzeyinin “Sehirli çubuq” layihəsi çərçivəsində bizim uşaqların rəsmlərindən ibarət kitab çap edilib. Novruz bayramında uşaqlarımız Rəssamlar Akademiyasında keçirilən “Saf Rənglər” adlı rəsm sərgisində uğurla iştirak ediblər. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə teatr dərnəyi “Qırmızı papaq” nağılını səhnələşdirdi. Bunların hamısı uşaqların aylarla dərnəklərdə öyrəndiklərinin bəhrəsi idi”.
Bakcell şirkətinin UAFA təşkilatı ilə sıx əməkdaşlığı 2010-cu ildən başlayıb və həmin vaxtdan bu günə qədər olan müddət ərzində “UAFA”nın Gəncə, Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində təşkil edilmiş dram, rəqs, rəsm və yaradıcılıq dərnəklərindən 1000 nəfərdən artıq uşaq bəhrələnib. Layihə çərçivəsində təşkil olunan dərnəklər cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir və bu uşaqların cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə kömək edir.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50

