Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Jurnalistlər arasında kartinq yarışı keçirilib

Jurnalistlər arasında kartinq yarışı keçirilib

12.10.2018 [08:56]

Formula 1 yarışlarının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti oktyabrın 11-də jurnalistlər arasında kartinq yarışı təşkil edib.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Kartinq Mərkəzində keçirilən yarışın açılış mərasimində çıxış edən BŞH-nin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri, milli mətbuat katibi Nigar Arpadarai məşhur pilotların yetişməsi üçün kartinqin vacib başlanğıc olduğunu bildirib.
Ölkəmizdə Formula 1 yarışlarının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran N.Arpadarai jurnalistlər arasında kartinq yarışlarının mütəmadi keçiriləcəyini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Yarışda 50-dən artıq jurnalist birincilik uğrunda mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) əməkdaşı Roman İsmayılov ikinci yeri tutub.
Mükafatçılara BŞH tərəfindən kubok və qiymətli hədiyyələr təqdim olunub.

Paylaş:
Baxılıb: 681 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Ötən 7 ayda...

19 Avqust 11:05

Analitik

3 aydan sonra...

19 Avqust 10:45

Dünya

Xəbər lenti

Gündəm

Gündəm

Sosial

107 yaşlı DSX!

18 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31