Sumqayıt şəhəri 70 illik yubileyini möhtəşəm bayram tədbiri ilə qeyd edib
20.11.2019 [10:00]
Sumqayıt öz şanlı yubileyini - şəhər statusu verilməsinin 70 ilini qeyd edir. Bu münasibətlə noyabrın 19-da Sumqayıtın əsas meydanında, Sumqayıt Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında ümumşəhər yubiley tədbiri keçirilib.
Bayram tədbirinə minlərlə şəhər sakini qatılıb. Səhər saatlarından nur saçan Günəş də bayrama bir isti hərarət qatıb. Sumqayıtlılar zəngin, o cümlədən mürəkkəb inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzindən birinə çevrilən şəhərləri ilə qürur duyurlar.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bayram tədbirləri bu Sərəncama əsasən həyata keçirilir.
Meydanda qurulan tribunalarda şəhər rəhbərliyi, rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları, Almaniyanın, Ukraynanın, Çinin Sumqayıtla qardaşlaşmış şəhərlərinin nümayəndə heyətləri, veteranlar, ictimaiyyət nümayəndələri də yer alıb.
Şəhərin yubileyinə həsr edilmiş bayram tədbiri Azərbaycanın dövlət bayrağının tribuna önünə gətirilməsi ilə başlayıb. Sonra Dövlət Sərhəd Xidmətinin çevik hərəkat qüvvələrinin nümunəvi çıxışı olunub.
Şəhərin mərkəzi ilə - Azərbaycan prospekti boyunca Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin müşayiətində hərbçilərin keçidi böyük maraqla izlənib. Həmçinin Dövlət Sərhəd Xidmətinin malik olduğu müasir silahların, Sumqayıt səmasında helikopterlərin, şəhərin Xəzər akvatoriyasında sərhəd gözətçi gəmilərinin da nümayişi olub. Sərhədçilərin çıxışı süvari dəstənin keçidi ilə yekunlaşıb.
Tamaşaçılar arasında bu unudulmaz görüntüləri Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik, Sumqayıt şəhərin yetirməsi Elçin Quliyev də izləyib.
Hərbçilərdən sonra meydana “Şahin” idman oyununun qalibləri daxil olublar. Onları şəhərdə fəaliyyət göstərən tam orta məktəblərin yuxarı sinif şagirdləri əvəz edib.
Tədbir sənaye müəssisələri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivlərinin keçidi ilə davam edib.
Sumqayıt dünyaya səs salan karatenin “brilyant oğlanı” Rafael Ağayev, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov kimi idmançıların Vətənidir. Meydana daxil olan idmançılar idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışları ilə izləyicilərin alqışlarını qazanıblar.
İki saatdan artıq davam edən nümayişdə yeni ailə quran cütlüklər faytonda və avtomobildə tamaşaçıların alqışları ilə tribuna önündən keçib. Tədbir şəhərin gələcəyi - uşaq arabasında mışıl-mışıl yatan körpələrin keçidi ilə yekunlaşıb.
Tədbirdən sonra şəhər sakinləri və qonaqlar Nəsimi heykəlinin ətrafındakı meydanda Dövlət Sərhəd Xidmətinin maraqlı təqdimatları ilə tanış olublar. İnsanı Vətənə bağlayan, onun müdafiəsinə qalxmağa səsləyən, vətənpərvərlik ruhunu təqlid edən bu təqdimatlar böyüklərin, xüsusilə uşaqların marağına səbəb olub. Onlar buradakı iki helikopterin içinə baxıb, hərbçilərin silahları ilə tanış olub, kinoloqların itləri necə məharətlə idarə etdiklərini izləyib, şəkillər çəkdiriblər.
Sumqayıtda yubiley tədbirləri davam edir.
Qeyd edək ki, 1949-cu ilin noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib. 70 il tarix baxımından qısa müddət olsa da, Sumqayıtın əldə etdiyi uğurların palitrası zəngin, əhəmiyyəti böyükdür. Ötən hər bir il Sumqayıtın simasını müsbət dəyişib, onu Cənubu Qafqazın ikinci sənaye mərkəzinə çevirib.
Sumqayıtın ən yeni tarixinə nəzər salanda onun inkişafının tən yarısının Ulu Öndərin adı ilə sıx bağlı olduğu aydın görünür. Ölkəyə rəhbərlik etdiyi 34 ildə Heydər Əliyev on altı dəfə Sumqayıta səfər edib və hər bir gəlişi şəhərin həyatında böyük hadisəyə çevrilib. Məhz Ümummilli Liderin xüsusi diqqəti, həssas münasibəti Sumqayıtın sənaye, tikinti, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafına güclü təkan verib. Bu baxımdan, Sumqayıt şəhəri Heydər Əliyevin ideyalarının canlı abidəsidir!
Ümummilli Liderin sabahın şəhəri adlandırdığı Sumqayıt artıq Azərbaycan sənayesinin inkişafında mühüm yer tutur. Xəzərin sahilində salınan bu şəhər son 16 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlərə imza ataraq öz simasını dəyişib, gözəl, rahat və yaraşıqlı bir şəhərə çevrilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Sumqayıtda təkcə şəhərmiqyaslı deyil, regional əhəmiyyətli layihələr həyata keçirilir. Bu gün Sumqayıt müasir trendlərlə uzlaşan sənaye klasterlər şəbəkəsinə malik ölkəmizin inkişaf etmiş məkanıdır.
İnkişaf hədəfləri daha işıqlı sabaha, daha nurlu gələcəyə hesablanan Sumqayıt özünün şanlı yubileyini böyük ruh yüksəkliyi ilə qarşılayır.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

