Kürdəmirdə 563 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilib
29.12.2019 [10:01]
Dekabrın 28-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Kürdəmirdə məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilib. Açılış mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bütün zəruri sosial-texniki infrastrukturu olan məhəllənin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb.
Kompleksin istifadəyə verilməsi məqsədilə keçirilən mərasimdə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yeni mənzillərin sahiblərini təbrik edərək, bu gün ölkəmizdə məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılmasının prioritet məsələ olduğunu bildirib, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısından danışıb. Bu kateqoriyadan olan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün qəbul edilən qərarların, imzalanan Fərman və sərəncamların icrası ilə bağlı geniş məlumat verən komitə sədri bu işlərin davamlı olacağını vurğulayıb.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların, o cümlədən qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, Kürdəmirdə məskunlaşan məcburi köçkünlərin yeni il ərəfəsində yeni mənzillə təmin edilməsini dövlətin onlara ən qiymətli hədiyyəsi olduğunu bildirib.
Tədbirdə Laçın rayonundan olan məcburi köçkünlər Bulud Quliyev, Əliağa Həsənov mənzillə təmin olunduqlarından hədsiz sevindiklərini deyib, bu sevinci onlara bəxş etdiyi üçün Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Sonra tədbirdə iştirak edən qonaqlar Füzuli rayonundan olan məcburi köçkün Tahir Həsənovla yeni mənzilində görüşüb, yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, yeni yaşayış məhəlləsi Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən layihələndirilib və tikilib. Ayrılmış 13 hektar torpaq sahəsində tikinti işlərinə 2019-cu ilin may ayında başlanılıb.
Yeni yaşayış kompleksində hər biri 4 mərtəbəli olmaqla, 17 yaşayış binası inşa edilib. Kompleksə daxil olan mənzillərdən 44-ü birotaqlı, 236-sı ikiotaqlı, 228-i üçotaqlı, 56-sı dördotaqlıdır. Bundan başqa, yaşayış kompleksində 432 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, ATS binası və həkim məntəqəsi tikilib, müvafiq mühəndis-kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.
Bu kompleksdə Kürdəmir rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşan məcburi köçkünlər yaşayacaq.
Kompleksin elektrik təchizatını təmin etmək məqsədi ilə “Kürdəmir” yarımstansiyasında yenidənqurma işləri aparılıb, 1,2 kilometr uzunluğunda ikidövrəli elektrik veriliş xətti çəkilib. Bundan əlavə, kompleksin ərazisində 1 ədəd transformator məntəqəsi tikilib və 2 ədəd transformator quraşdırılıb. Sahədaxili elektrik təchizatı üzrə 18,52 kilometr uzunluğunda kabel xətləri çəkilib və kompleksin ərazisinin işıqlandırılması təmin edilib.
İçməli su təchizatını təmin etmək üçün 0,366 kilometr uzunluğunda boru kəməri çəkilib, 2 ədəd (içməli su) su anbarı, 2 ədəd yanğın su anbarı, nasosxana və nəzarətçi binası tikilib. Ərazidə 3,43 kilometr sahədaxili içməli və yanğın su şəbəkəsi tikilib və 10 ədəd yanğın hidrantları quraşdırılıb. Qaz təchizatını təmin etmək məqsədi ilə 31,529 kilometr uzunluğunda xətt çəkilib.
Sosial təyinatlı obyektlərin istilik təchizatı üçün müxtəlif diametrli polad borulardan 0,816 kilometr uzunluğunda istilik xətləri çəkilib. Mənzillərin qızdırılması və isti su üçün mənzillərdə 564 ədəd kombi tipli su qızdırıcıları quraşdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45

