Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir
28.01.2020 [09:34]
Bakcell şirkəti 2019-cu il ərzində həyata keçirdiyi korporativ sosial məsuliyyət fəaliyyətinə görə “Milli KSM Mükafatı 2019” mükafatına layiq görülüb.
“Bakcell”in 2010-cu ildən başlayaraq “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi “İncəsənət vasitəsilə ünsiyyət” layihəsi “Milli KSM Mükafatı 2019” ilə təltif olunub.
Korporativ sosial məsuliyyət (KSM) layihələrinin təşviqi üzrə dövlət siyasətinin və Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və PROAKTİV PR Agentliyi tərəfindən təşkil olunan “Milli KSM Mükafatı 2019” müsabiqəsinə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq və milli şirkətlər son bir il ərzində həyata keçirdiyi KSM layihələrini təqdim edib. Müsabiqəyə təqdim olunan layihələr BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilən Davamlı İnkişaf Məqsədləri əsasında müvafiq komissiya tərəfindən qiymətləndirilib.
Qeyd edək ki, Münsiflər Heyətində İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “ASAN xidmət”, “ABAD”, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Gənclər Təşkilatları Milli Şurası, KSM Türkiyə və “CSR Azerbaijan” təşkilatları təmsil olunub. Nəticədə, müsabiqədə iştirak edən 34 layihədən 7 layihə qalib elan edilib.
“Qürurla demək istərdim ki, Bakcell şirkətinin həyata keçirdiyi korporativ sosial məsuliyyət proqramı ölkəmizdə ilk və ən uzunömürlü KSM layihələrindən biridir. Təməli 2009-cu ildə qoyulmuş “Bakcell Stars” KSM proqramı çərçivəsində həyata keçirilən layihələr bu günə qədər minlərlə insanı əhatə edib. “Milli KSM mükafatı 2019” mükafatına layiq görülən “İncəsənət vasitəsilə ünsiyyət” layihəsinin artıq 10 yaşı var. Bu layihənin xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunmasında böyük rolu var”, deyə Bakcell şirkətinin PR və Korporativ Kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərova bildirib.
Bakcell şirkətinin dəstəyi ilə davamlı şəkildə həyata keçirilən bu layihə, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə yönəlib. Bu müddət ərzində “UAFA”nın Gəncə, Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində təşkil edilmiş dram, rəqs, rəsm və yaradıcılıq dərnəklərindən 1000 nəfərdən artıq uşaq bəhrələnib. Layihə çərçivəsində təşkil olunan dərnəklər cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir və bu uşaqların cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə kömək edir.
Onu da qeyd edək ki, Bakcell ardıcıl olaraq iki ildir ki Milli KSM Mükafatının qalibi olur. Ötən il “Bakcell”in SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası ilə birlikdə həyata keçirdiyi “Öz biznesinə başla və təkmilləşdir” layihəsi “Milli KSM Mükafatı 2018” ilə təltif olunub.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49

