Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ümumi təhsil məktəblərində qış tətili ekskursiyaları təşkil olunur

Ümumi təhsil məktəblərində qış tətili ekskursiyaları təşkil olunur

29.01.2020 [12:50]

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin qış tətilində asudə vaxtlarını səmərəli keçirmələri üçün çoxsaylı maarifləndirici tədbir və ekskursiyalar təşkil olunur.
Məktəb və valideynlərin təşkilatçılığı ilə təşkil olunan ekskursiyalar çərçivəsində məktəblilər Heydər Əliyev Mərkəzi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Bakı Kitab Mərkəzi, Miniatür Kitab Muzeyi, Azərbaycan Hərb Tarixi, Xalq Təhsili, Milli Xalça, Milli İncəsənət muzeylərinə, Şirvanşahlar sarayı, “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, görkəmli sənətkarların ev muzeylərinə və digər yerlərə səfərlər edirlər.
Xatırladaq ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf mərkəzləri də tətil günlərində fəaliyyətlərini davam etdirirlər. Bu müəssisələrdə məktəblilərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyə və yaradıcılıq qabiliyyətinin inkişafı üçün şərait yaradılır.
Qeyd edək ki, tətil günlərində məktəblilər üçün maarifləndirici tədbir və ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında ətraflı məlumatları çatdırmaqdan ibarətdir.

Paylaş:
Baxılıb: 449 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31