/ / Azərbaycanda yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində sistemli tədbirlər davam etdirilir
Azərbaycanda yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində sistemli tədbirlər davam etdirilir
14.04.2020 [12:53]
Dövlət tərəfindən görülən işlər beynəlxalq müstəvidə də olduqca yüksək dəyərləndirilir
Məlum olduğu kimi, bu gün dünya ölkələri yeni növ koronavirus infeksiyasına qarşı (COVİD-19) mübarizəyə səfərbər olunub. Azərbaycan dövləti də yeni növ koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmaması üçün sistemli tədbirlər həyata keçirir. Ölkəmizin həyata keçirdiyi tədbirlər beynəlxalq müstəvidə də yüksək qiymətləndirilir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, bəşəriyyətin koronavirus pandemiyasının təsirindən və fəsadlarından əziyyət çəkdiyi bir dövrdə hər bir dövlət infeksiyanın öz ərazisində geniş yayılmasının qarşısının alınması, vətəndaşlarının sağlamlığının qorunması üçün mühüm tədbirlər görür. Onun sözlərinə görə, ölkəmizdə bu yöndə həyata keçirilən tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi nəzarətindədir: “Azərbaycanda koronavirusla mübarizə tədbirləri bir çox ölkələr üçün nümunədir. Bilirsiniz ki, ölkəmizdə yeni növ koronavirus infeksiyasına qarşı qabaqlayıcı addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə mühüm işlər görülüb, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, infeksiyanın ölkə iqtisadiyyatına, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə dövlət büdcəsindən 1 milyard manat ayrılıb, koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan 176 məhkum əfv olunub, ölkədə tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili üçün hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılmasına başlanılıb və s. Həmçinin Azərbaycan dünya birliyi tərəfindən koronavirus pandemiyasına qarşı aparılan mübarizəni ciddi şəkildə dəstəkləyir və öz dəyərli töhfəsini verir, bu bəladan əziyyət çəkən digər dövlətlərə öz yardım əlini uzadır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə videokonfrans vasitəsilə Türk Şurasının fövqəladə zirvə görüşünün keçirilməsi də beynəlxalq miqyasda çox yüksək qiymətləndirilir”.
Millət vəkili qeyd edib ki, Azərbaycan COVID-19-a qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq edib və onun ekspertlərini ölkəmizə dəvət edib: “Missiyanın hazırladığı hesabatda öz əksini tapmış tövsiyələr aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınır. Digər tərəfdən, Azərbaycan koronavirusa qarşı qlobal mübarizədə ÜST-ə könüllü maliyyə yardımı ayırıb. Türk şurasının fövqəladə Zirvə görüşündə çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus da Prezident İlham Əliyev səylərini yüksək qiymətləndirib. O, həyata keçirilən tədbirlərə, pandemiyaya qarşı mübarizədə verdiyi töhfələrə görə Azərbaycan hökumətinə və xalqına da təşəkkür edib”.
“Hazırda dünya ölkələrində koronavirus pandemiyasına qarşı geniş şəkildə mübarizə aparılır. Hər bir dövlət bu təhdidə qarşı səfərbər olunub. Azərbaycanda da bu qlobal problemlə mübarizə çərçivəsində çox mühüm addımlar atılır”. Bu fikirləri isə Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Onun sözlərinə görə, ölkəmizdə koronavirusun fəsadlarının azaldılması və ən əsası, əhalinin sağlamlığının qorunması üçün vacib tədbirlərin həyata keçirilməsi təqdirəlayiqdir: “Koronavirusun ölkəmizdə geniş yayılmaması üçün tədbirlər sırasında xüsusi karantin rejiminin tətbiq olunması da çox əhəmiyyətlidir. Bundan başqa, ölkədə tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili üçün hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılmasına başlanılıb, zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün 97 milyon manat ayrılıb, koronavirusa yoluxan və ağır simptomları olan xəstələrin müalicəsi məqsədilə 575 çarpayılıq yeni tibb müəssisəsi, ölkədə tibbi maskalara tələbatın ödənilməsi üçün bu qoruyucu vasitələri istehsal edən müəssisə istifadəyə verilib”.
Elman Məmmədov xatırladıb ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesusun Azərbaycan Prezidenti İlham Əliyevə və digər ölkələrin liderlərinə ünvanladığı səmimi məktubunda vurğulandığı kimi, ÜST-nin Baş direktoru COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir edib: “Eləcə də BMT-nin ölkəmizdəki İdarə Heyəti COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan hökumətinin səylərini təqdir edir, həmçinin xüsusi karantin rejiminin tətbiqi barədə çağırışını və addımlarını dəstəkləyir. BMT-nin Azərbaycandakı nümayəndəliyinin yaydığı bəyanatda da Azərbaycan hökumətinin qlobal səviyyədə keçirilən tədbirlərə töhfəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları həcmində dəstəyi də xüsusilə qeyd edilib. Bundan əlavə, BMT hökumətin COVID-19-un əhaliyə sosial-iqtisadi təsirini azaltmaq məqsədilə 2,5 milyard manat həcmində maliyyə vəsaitinin ayırmasını da alqışlayıb”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53

