Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Prokurorluq orqanlarında yeni strukturun yaradılması ilə əlaqədar kadr korpusu komplektləşdirilir

Prokurorluq orqanlarında yeni strukturun yaradılması ilə əlaqədar kadr korpusu komplektləşdirilir

03.07.2020 [08:45]

Azərbaycan Respublikasının prokurorluq orqanlarında yeni strukturun yaradılması ilə əlaqədar kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində və Bakı Şəhər Prokurorluğunda institusional struktur dəyişiklikləri davam etdirilib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsi ləğv edilərək Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinə birləşdirilib. Bununla əlaqədar bir sıra vəzifələrə təyinatlar həyata keçirilib. Belə ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Natiq Eyvazov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin, Səbuhi Alıyev isə Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifələrinə təyin olunublar.
Həmçinin Baş prokurorun imzaladığı əmrlərlə Günay Əyyubova Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini vəzifəsinə təyinat alıb, Zaur Axundzadəyə isə Bakı şəhəri Pirallahı rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.
Bundan başqa, Baş prokurorun imzaladığı əmrlərlə Mobil Şəfiyev və Mürvət Həsənov Bakı şəhər prokurorunun müavini, Pərvin Quliyev Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin, Rövşən Əliyev Təşkilat və icraya nəzarət idarəsinin, Cəlaləddin Axundov Prokurorluqda istintaqa nəzarət idarəsinin, Əmir Qaloyev Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi vəzifələrinə təyin olunublar.
Prokurorluğun kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.

Paylaş:
Baxılıb: 389 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31