/ / Avtomobillərə şəhid hərbçilərimizin fotolarının vurulması nəqliyyat vasitələrinin idarəedilməsində ciddi risklər və çətinliklər yaradır
Avtomobillərə şəhid hərbçilərimizin fotolarının vurulması nəqliyyat vasitələrinin idarəedilməsində ciddi risklər və çətinliklər yaradır
12.09.2020 [00:02]
Şəhidlər yüksək ehtirama və hörmətə layiqdir, amma onların şəkillərinin avtomobillərin gün-yağış tutan hissələrinə vurulması, həmin şəkillərin orada solması, çirklənməsi və deformasiyaya uğraması bu münasibətə uyğun gəlmir
Məlum olduğu kimi, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial rifah halının daha da yüksəldilməsi daim diqqət mərkəzindədir. Bu mənada, dövlətimizin şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına yüksək qayğısı xüsusilə qeyd olunmalıdır. Ölkəmizdə bu kateqoriyadan olan insanlara diqqət və qayğı davamlı xarakter daşıyır. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır.
Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminat proqramı xeyli dərəcədə genişləndirilib. Belə ki,yalnız son iki ili götürdükdə, bu kateqoriyadan olan insanlara 2018-ci illə müqayisədə 3 dəfəyə yaxın, 2019-cu ilə nisbətən 60 faizdən çox olmaqla, bu il rekord həddə, yəni azı 1500 mənzil və fərdi ev veriləcək. Bu vaxta kimi 8142 mənzil və fərdi ev verilib. Ümumiyyətlə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri və veteranlarına hörmət və ehtiram bütün cəmiyyətimizə xarakterik haldır. Çünki Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmış və hazırda bu mübarizənin iştirakçısı olan şəxslərə diqqət və ehtiramla yanaşmaq hər birimizin mənəvi borcudur.
Bununla belə, bir məqama diqqət çəkmək istərdik. Belə ki, bəzi sürücülər şəhid hərbiçilərimizin şəkillərini avtomobillərinin şüşələrinə yapışdırmaqla şəhidlərə olan hörmət və ehtiramlarını nümayiş etdirmək istəsələr də, əslində, şüşələrin qapanması avtomobillərin idarəetməsində ciddi risk və çətinliklər, hətta qəza şəraiti yaradır. Ancaq hər bir sürücü dərk etməlidir ki, şəhidlər həm də onların təhlükəsizliyi, dinc həyatı uğrunda canlarını fəda ediblər, avtomobillərin idarəedilməsində süni şəkildə görmə məhdudiyyəti yaratmaq, bununla həm özünü, həm sərnişinləri, həm də piyadaları qəza şəraitinə sürükləmək, yol hərəkəti iştirakçılarına qarşı bədbəxt hadisələrə səbəb olmaq heç bir halda məqbul hesab edilə bilməz.
Əlbəttə ki, şəhidlər yüksək ehtirama və hörmətə layiqdir. Lakin onu da vurğulamaq lazımdır ki, şəhidlərin şəkillərinin avtomobillərin gün-yağış tutan hissələrinə vurulması, həmin şəkillərin orada solması, çirklənməsi, deformasiyaya uğraması bu münasibətə uyğun gəlmir. Məhz bu səbəblərdəndir ki, şəhid ailələri də Dövlət Yol Polisinə müraciət edərək onların övladlarının şəkillərinin bu cür istifadəsinin arzuolunmaz olduğunu bildirirlər.
Onu da təəssüflə qeyd etməliyik ki, bəzi sürücülər şəhid hərbiçilərimizin şəkillərini avtomobillərinin şüşələrinə yapışdırmaqla yüksək sürət və digər qanunazidd əməllərlə yol hərəkətini kobud surətdə pozmağa, bu fotolardan sui-istifadə etməyə çalışır. Bu isə qətiyyən yolverilməzdir və ictimaiyyətin haqlı narazılığına səbəb olur. Çünki şəhidlərin adından və fotolarından qanun pozmaq üçün istifadə etmək həm də mənəvi dəyərlərimizə qarşı hörmətsizlikdir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

