Vətəndaş məsuliyyəti COVID-19 pandemiyası ilə mübarizədə həlledici amildir
25.09.2020 [08:33]
Ekspertlərin fikrincə, yeni növ koronaviruas infeksiyanın ölkə ərazisində geniş yayılmaması üçün hər bir şəxs müəyyən olunmuş qaydalara riayət etməlidir
Dünya miqyasında koronavirus pandemiyasının yenidən aktivləşəcəyi barədə səslənən proqnozlar artıq təsdiqlənməkdədir. Belə ki, hətta yoluxmanın az olduğu ölkələrdə belə statistik rəqəmlər artmaqdadır və bu da həmin dövlətlərin koronavirusla mübarizə çərçivəsində yeni sərt tədbirlər görməsinə yol açır. Bildirmək lazımdır ki, ölkəmizdə COVİD-19 infeksiyasına qarşı aparılan effektiv tədbirlər pandemiyanın yayılma miqyasını azaltmaqla yanaşı, ölüm hallarının sayının da az olmasını şərtləndirib. Məhz bu səbəbdəndir ki, Nazirlər Kabineti sentyabr ayının əvvəlində bir sıra yumşalmalarla bağlı qərar imzaladı. Bu yumşalmalar isə vətəndaşlarda əlavə məsuliyyət yaratmalı, santir-gigiyenik qaydalara daha çox riayət olunmalıdır. Əks halda payız-qış mövsümündə respirator xəstəliklərlə paralel olaraq COVİD-19-a yoluxmanın sayında yenidən artım yarana bilər.
Milli Məclisin üzvü Ramin Məmmədov bildirib ki, ölkəmizdə pandemiya ilə əlaqədar məsələlər ciddi nəzarətdə saxlanılır və virusun geniş yayılmasının qarşısını almaq, insanların həyatını maksimum şəkildə qorumaq üçün zəruri, effektiv tədbirlər davam etdirilir. Millət vəkili qeyd edib ki, payızda koronavirus pandemiyasının yenidən aktivləşəcəyi haqda səslənən proqnozlar, təəssüf ki, təsdiqlənir. Onun sözlərinə görə, təhlükəli virusun ram edilməsi, lokallaşdırılması, nəzarət altına alınması elə də asan məsələ deyil: “Təhsilin başlanması, o cümlədən şəhər və rayonlararası gediş-gəlişin bərpası qaydalara daha ciddi riayət olunmasını qaçılmaz edir. Sərt karantin rejimində məhdudiyyətlər aradan qaldırılsa da, arxayınlaşmaq hələ tezdir. Bir balaca laqeydlik, məsuliyyətsizlik çəkilən bu qədər zəhmətin hədər getməsinə, yoluxma sayının daha da artmasına səbəb ola bilər. Operativ Qərargah tərəfindən karantin qaydalarında yumşalmalar vətəndaşlarımızı arxayınlaşdırmamalıdır. Unutmayaq ki, dövlət tərəfindən atılan bütün lazımi addımlar vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə, hər bir sakinin sağlamlığının qorunmasına hesablanıb”.
Azərbaycan Həkimləri İctimai Birliyinin həmtəsisçisi, radioloq-həkim Aydın Əliyev isə KİV-ə açıqlamasında bildirib ki, Azərbaycan koronavirusla mübarizədə təcrübə qazanıb. Bu baxımdan, kəskin yoluxma halı qeydə alınarsa belə dərhal qarşısı alınacaq: “Ən sərt karantin rejimindən tutmuş yumşalmalara qədər bizim artıq təcrübəmiz var. Yoluxma sayında hər hansı bir atım olacağı təqdirdə müəyyən karantin rejimləri və izolyasiya qaydaları vasitəsilə bunun qarışısın almaq mümkündür və qısa müddətdə artan yoluxma hallarının sayı azalacaq. Bu gün yoluxma sayı artan ölkələrdə bizdəki qədər təcrübə yoxdur. Düzdür, o ölkələrdə yoluxma sayları əhali sayına görə bizdən daha çox olmuşdu. Amma bizdə də gündəlik təxminən 600 civarında yoluxma qeydə alınmışdı. Biz bu rəqəmləri azalda bildik. Təbii ki, ən əsas şərt vətəndaşların məsuliyyətli olması, ehtiyatı əldən verməməkdir. Hər bir kəs sanitar-gigiyenik qaydalara riayət etməldidir. Belə olacağı təqdirdə, çoxsaylı yoluxmalar da qeydə alınmayacaq”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45

