/ / Azərbaycan nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv dövlətlərinin assambleyalarının 61-ci sessiyasında iştirak edib
Azərbaycan nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv dövlətlərinin assambleyalarının 61-ci sessiyasında iştirak edib
25.09.2020 [08:42]
Sentyabrın 21-dən İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) üzv dövlətlərinin assambleyalarının 61-ci sessiyası keçirilir.
COVID-19 infeksiyası ilə əlaqədar builki iclaslar ÜƏMT tarixində ilk dəfə olaraq hibrid rejimdə keçirilir: nümayəndələrin bir qisminin iştirakı bilavasitə Cenevrədəki diplomatik missiyalarının əməkdaşları tərəfindən təmin edilir, digər nümayəndələr tədbirlərə onlayn rejimdə qoşulurlar.
Ölkəmizi təmsil edən nümayəndə heyəti də bu tədbirə hibrid rejimdə qoşulub: Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyətinə daxil olan təşkilatın nümayəndələri onlayn reyimdə, Azərbaycan Respublikasının Cenevrədəki BMT və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin əməkdaşları, o cümlədən səfir Vaqif Sadıqov fiziki olaraq.
Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, assambleyaların açılışında ÜƏMT-nin Baş direktoru Frensis Qarri çıxış edib. İkinci altıillik səlahiyyət müddəti 2020-ci il sentyabrın 30-da başa çatan F.Qarri dünyada yeniliyin stimullaşdırılmasına və yayılmasına kömək edən ÜƏMT-nin qlobal əqli mülkiyyət sisteminin inkişaf etdiyini və idarəçiliyi təşkilat tərəfindən həyata keçirilən müqavilələrə qoşulan dövlətlərin sayının artmasını bildirib. O, rəhbər səlahiyyətlərini həyata keçirdiyi müddətdə qəbul olunaraq qüvvəyə minən iki yeni müqaviləni - Pekin və Mərakeş müqavilələrini xüsusi qeyd edib.
F.Qarri COVID-19 pandemiyasının təşkilatın əsasən əqli mülkiyyət sahəsində qlobal xidmətlərin göstərilməsindən əldə edilən gəlirlərin hesabına formalaşan maliyyə vəziyyətinə hələ ki mənfi təsir göstərmədiyini qeyd edib, buna baxmayaraq, qlobal iqtisadi proseslərin inkişafı ilə bağlı tendensiyaları yaxından izləməyin əhəmiyyətini bildirib.
ÜƏMT-nin yeni seçilmiş Baş direktoru Daren Tang çıxış edərək F.Qarrinin təşkilatın rəhbəri vəzifəsində çalışdığı müddətdə qazandığı “parlaq nəticələrə” görə “səmimi heyranlığını” qeyd edib, məhz onun qoyduğu təməllər sayəsində gələcəyin çox ümidverici göründüyünü və ÜƏMT-nin yeni mərhələdə bu işi davam etdirə biləcəyini səbirsizliklə gözlədiyini bildirib.
K.İmanov Baş Assambleyanın plenar iclasına xüsusi platforma vasitəsilə onlayn rejimdə qatılaraq, fransız dilində reqlamentə uyğun olaraq ikidəqiqəlik çıxış edib. Azərbaycan Respublikasının nümayəndə heyətinin adından tədbirin iştirakçılarını salamlayan Agentliyin rəhbəri çıxışında qeyd edib ki, “dünya dəyişir və bəzən dəyişikliklərin dialektikası tamamilə gözlənilməz fors-major şəraitin seytnot vəziyyətində mühüm qərarların qəbul olunmasını diktə edir”.
“COVID-19 pandemiyası bütün sosial institutlara toxunub, sabit əlaqələri sarsıdıb, yeni ünsiyyət və qarşılıqlı əlaqə formalarını qəbul elətdirib, ən acınacaqlısı isə öz əməyi ilə mədəniyyət və sivilizasiyaların dəyərlərini yaradan çox sayda insanın həyatını alıb”, - deyən K.İmanov ölkə rəhbərliyinin belə şəraitdə yüksək idarəçilik məharətini, vaxtında qəbul edilmiş qərarlarını qeyd edib. O, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə ifadə etdiyi “Biz birlikdə pandemiyaya qalib gələcəyik” fikrini xüsusilə vurğulayıb.
Agentliyin əsas məqsədinin ölkə rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi islahatların təşviq edilməsi olduğunu, əqli mülkiyyətin iqtisadi artımın fəal iştirakçısına çevrilməsini vurğulayan K.İmanov ölkəmizdə patent fəaliyyətini sürətləndirmək və bu sahədə şəffaflığı təmin etmək məqsədilə yeni rəqəmsal xidmətlər tətbiq edildiyini, rəqəmsal əqli mülkiyyət hüquqlarının qorunması üçün yeni sistemlərin hazırlandığını bildirib.
Çıxışının sonunda Agentliyin rəhbəri ÜƏMT-nin Baş direktoru vəzifəsini başa vuran Frensis Qarriyə təşəkkürünü çatdıraraq, onun özünəməxsus peşəkarlığı, işgüzarlığı və yüksək mədəniyyətinin ÜƏMT çərçivəsində bir çox başlanğıcların müvəffəqiyyətinin açarı olduğunu qeyd edib.
K.İmanov, həmçinin ÜƏMT-nin yeni Baş direktoru seçilən Daren Tanqı təbrik edib, bu vəzifədə onun ÜƏMT-nin mandat və məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verəcəyinə, əqli mülkiyyət hüquqlarının qorunması üzrə qlobal sistemin yaradılması vasitəsilə yenilik və yaradıcılığı təşviq edəcəyinə əminliyini ifadə edib, Azərbaycanın bu fəaliyyətdə ona dəstək və əməkdaşlığa zəmanət verdiyini bildirib.
Baş Assambleyada Azərbaycan Respublikasının Cenevrədəki BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov Qoşulmama Hərəkatının 116 üzv dövləti adından çıxış edərək ÜƏMT-yə rəhbərlik etdiyi on iki il ərzində təşkilata verdiyi töhfələrə görə Baş direktor Frensis Qarriyə təşəkkürünü bildirib və yeni seçilən Baş direktor Daren Tanqı bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib. O, ÜƏMT-nin İnkişaf Gündəliyinin nəzərdə tutduğu 45 tövsiyənin səmərəli icrası, o cümlədən yaradıcılıq və innovasiyanın təşviq edilməsi vasitəsilə inkişaf etməkdə olan ölkələri narahat edən məsələlər, xüsusilə üzv dövlətlər üçün qabaqcıl texniki dəstəyin səfərbər edilməsi üzrə işlərin davam etdirilməsində Qoşulmama Hərəkatına üzv dövlətlərin öhdəliklərini təsdiqlədiyini bildirib.
Sessiya işini sentyabrın 25-də də davam etdirəcək.
Xəbər lenti
Hamısına baxGündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52

