/ / Ədliyyə naziri İranın ölkəmizdəki səfirini Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırıb
Ədliyyə naziri İranın ölkəmizdəki səfirini Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırıb
16.10.2020 [09:13]
Oktyabrın 15-də Ədliyyə naziri Fikrət Məmmədov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi ilə onun xahişinə əsasən görüşüb.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və İran arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin inkişafı, bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Həsən Ruhaninin xüsusi rolu, dövlət başçılarının müntəzəm qarşılıqlı səfərləri vurğulanıb, zəngin müqavilə bazasına söykənən əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, hüquqi sahədə uğurla inkişaf etməsi qeyd olunub.
Ədliyyə naziri işğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş hərbi təxribatlar barədə səfirə ətraflı məlumat verib, xüsusilə dinc əhalinin və mülki obyektlərin, insanların sıx yaşadığı şəhər və rayonlarımızın, o cümlədən təmas xəttindən xeyli aralıda yerləşən Gəncə və Mingəçevir kimi böyük şəhərlərimizin qəsdən və məqsədyönlü şəkildə ağır artilleriya atəşinə tutulduğunu vurğulayıb, nəticədə 43 dinc sakinin həlak olduğunu, 214 nəfərin yaralandığını və 1850 mülki obyektin, o cümlədən yaşayış evlərinin və çoxmənzilli binaların yararsız vəziyyətə düşdüyünü diqqətə çatdırıb.
Eyni zamanda, razılaşdırılmış humanitar atəşkəs rejiminə baxmayaraq Ermənistanın törətdiyi müharibə cinayətləri ilə beynəlxalq humanitar hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını kobud surətdə pozduğu vurğulanıb, işğalçı dövlətin hazırkı rəhbərliyinin açıq-aşkar müharibəyə təhrik edən bəyanatlarına beynəlxalq ictimaiyyətin reaksiya verməməsinin təəssüf doğurduğu bildirilib.
Nazir, həmçinin düşmənin Çikaqo Konvensiyasının tələblərini pozaraq humanitar yardım adı altında mülki aviasiya vasitəsilə Ermənistana silahların daşınması ilə əlaqədar Azərbaycan tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət olunduğu barədə məlumat verib.
Səfir Seyid Abbas Musəvi İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, son hadisələrdə ölkəsinin Azərbaycan dövlətinin və xalqının yanında olduğunu vurğulayıb, işğala son qoyulması ilə bağlı Azərbaycanın haqlı iradəsini qeyd edib, münaqişənin tezliklə danışıqlar yolu ilə həll ediləcəyinə ümidvar olduğunu söyləyib. O, həmçinin Gəncədə baş vermiş son təxribatlar barədə məlumatlı olduğunu bildirib, mülki əhalinin atəşə tutulmasının müharibə cinayəti olduğunu qeyd edib və dinc insanların həlak olmasından təəssüfləndiyini söyləyib.
Qonaq Ermənistana silah-sursatın tranzitinin qarşısının alınması üzrə qətiyyətli tədbirlərin görüldüyünü vurğulayıb. Azərbaycan Ədliyyə nazirinin Ermənistanın hərbi təxribatları ilə bağlı rəsmi müraciətinin iranlı həmkarına təqdim olunduğunu bildirib və onun salamlarını çatdırıb.
F.Məmmədov İranın ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə minnətdarlığını ifadə edib, S.A.Musəviyə uğurlu fəaliyyət arzulayıb, İranın Ədliyyə nazirinə salamlarını çatdırmağı xahiş edib.
Söhbət zamanı iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlığın perspektivlərinə toxunulub, hüquqi yardım, məhkumların verilməsi və digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37

