Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şuşanın işğaldan azad olunması İğdırda qeyd olunub

Şuşanın işğaldan azad olunması İğdırda qeyd olunub

10.11.2020 [09:16]

Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhərini işğaldan azad etməsi İğdırda sevinclə və coşquyla qarşılanıb. Bu münasibətlə Türkiyə-Azərbaycan Dostluq Dərnəyi İğdır Azərbaycan Evi tərəfindən yürüş təşkil edilib.
Dərnək sədri Serdar Ünsal çıxışı zamanı “Bu gün Şuşa şəhərinin işğaldan azad olunmasının sevincini yaşayırıq. Bu gün Türk dünyasının bayramıdır. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”,-deyə bildirib. 
Qafqaz Çeçen Dərnəyinin rəhbəri Muharrem Çeçen isə Şuşanın işğaldan azad edilməsinin böyük sevincə səbəb olduğunu deyib.
İğdır Jurnalistlər Dərnəyi sözçüsü İsmail Aras "Azərbaycanın Şuşanı işğaldan azad etməsi böyük xoşbəxtlikdir”,-deyə vurğulayıb.
Tədbir iştirakçıları "Qarabağ Azərbaycanındır”, “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı” şüarları səsləndiriblər.
Paylaş:
Baxılıb: 665 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31