COVID-19-a qarşı mübarizə: nəyi bilməli, necə qorunmalı?
17.11.2020 [09:07]
Bu gün dünya ölkələri pandemiyanın yeni dalğasını yaşayır və bir çox ölkələrdə COVID-19-un yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir, tətbiq olunmuş karantin rejimi sərtləşdirilir. Çox təəssüflər olsun ki, son həftələr bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da COVID-19-a gündəlik yoluxma və ölüm halları artıb.
Yeri gəlmişkən, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Qəbul və təcili tibbi yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmov qəzetimizə açıqlamasında bildirib ki, COVID-19 tənəffüs yollarının infeksiyasına səbəb olan virusdur və xəstəlik daha çox yaşlılar, xroniki xəstəliyi olanlar, immundefisitli xəstələr arasında qeydə alınır: “Erkən diaqnoz və xəstələrin təcrid olunması infeksiyanın yayılmasının qarşısını alır və həmin virusa qarşı görülən tədbirləri daha effektiv edir. Xəstəliyin xüsusi dərman vasitəsilə müalicəsi yoxdur. Müalicə xəstənin ümumi vəziyyətinə görə dəstək xarakterlidir. Antibiotiklərin istifadəsi virusa təsir etmir”.
Mütəxəssis bildirib ki, xəstəlikdən qorunmaq üçün gigiyena qaydalarına və qidalanmaya fikir vermək lazımdır. Bununla yanaşı, immuniteti gücləndirən qidaların, meyvə-tərəvəzlərin istifadəsi tövsiyə olunur.
“Son günlər koronavirusa yoluxma halları ilə bağlı kəskin artım müşahidə olunmaqdadır. Təbii ki, yumşalmalardan sonra insanların qaydalara riayət etməməsi səbəbindən virusa yoluxma hallarının yenidən artacağı gözlənilən idi”. Bu fikirləri isə qəzetimizə açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində yumşalmalara gedilən zaman xəstələrin mövcudluğu virusa yoluxmaların yenidən artmasına səbəb olub: “Beləliklə, virus yayılmaqda davam edir və məhz bu hallara görə Avropada, eləcə də Azərbaycanda virusun yeni dalğasının yaranması baş verir. Eyni zamanda, tətbiq edilən qaydalara riayət olunmaması virusun daha sürətlə yayılmasına gətirib çıxarır. Təəssüf ki, hələ də bəzi insanlar virusa etinasız münasibət sərgiləməkdə davam edirlər. Ona görə də, əgər cəmiyyətdə qaydalara əməl olunmaması davam edərsə, virus yoluxma da artmaqda davam edəcək”.
Azərbaycanlı alim söyləyib ki, bəzi hallarda insanların məsafə saxladığına görə tibbi maska taxmaması, eləcə də maska taxdığına görə məsafə saxlamaması düzgün yanaşma deyil: “Hər kəs bilməlidir ki, tətbiq olunan qaydaların hamısına tam əməl edilməlidir. Xüsusən valideynlər özləri ilə yanaşı, uşaqlarını da virusdan qorumalıdırlar. Çünki virusun yayılmasında böyüklərlə yanaşı, uşaqlar da ciddi rol oynayırlar. Bununla yanaşı, yaşından asılı olmayaraq hər bir şəxsin əllərini təmiz saxlaması da önəmlidir. Çünki virus 15 faizə qədər səthi təmaslardan yayıla bilir”.
N.Abdullayev qeyd edib ki, əgər yoluxma artarsa, virusa nəzarət olunmaya bilər: “Məhz dünyada tətbiq edilən karantin rejimlərinin əsas məqsədi odur ki, virusa eyni zaman çərçivəsində kütləvi yoluxma olmasın. Ona görə də, virusla mübarizədə hər kəs məsuliyyətli olmalıdır. İnsanlar artıq virusa yoluxub problemsiz sağalacaqlarını deyil, ümumiyyətlə virusa yoluxmamağı düşünməlidirlər”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

