Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirilib
20.11.2020 [09:33]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhər təsərrüfatı və kommunal xidmətlərin işinin daha da təkmilləşdirilməsi, bu istiqamətdə həyata keçirilən işlərin yeni səviyyəyə çatdırılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qoyduğu tapşırıqlarin icrası həyata keçirilir. Bu işlər çərçivəsində paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə dövlətimizin başçısının ayırdığı maliyyə vəsaiti hesabına ötən il Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlər alınıb, bu il də bu işlər davam etdirilir. Bu gün ölkəmizin müharibə şəraitində olmasına və koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin genişləndirilməsinə baxmayaraq, bu il üçün alınması nəzərdə tutulan Almaniya istehsalı olan 25 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitəsinin 16-sı artıq Bakıya gətirilib, qalanları da ilin sonuna kimi gətiriləcək.
Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeni texnikaların tətbiqi kommunal xidmətlərin mövcud avtoparkının yeniləşməsinə və əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinə səbəb olacaq. Texnika sayının artırılması şəhərin müxtəlif rayonlarında məişət tulantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin avtonəqliyyat qarajında təşkil olunmuş təqdimat mərasimində yeni gətirilmiş xüsusi təyinatlı avtonəqliyyat vasitələri və mexanizmlər, onların texniki göstəriciləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, müxtəlif həcmli və təyinatlı bu texnikalar həm də Bakı şəhərində Böyük Britaniyanın “Mott MacDonald” şirkətinin iştirakı ilə həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin paytaxtın digər rayonlarında da tətbiq edilməsi işlərində böyük kömək olacaq. Yeni, müasir texnikaların tətbiqi şəhərimizin sanitar təmizlıyinin yüksəlməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına böyük təsir göstərərək Bakı şəhərinin dünyanın ən gözəl şəhərlərindən biri olmasına yardımçı olacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

