COVID-19 bəşəriyyəti təhdid edən ciddi sağlamlıq problemidir
05.12.2020 [00:12]
Həkim-mütəxəssislər hər kəsi məsuliyyətli olmağa və müəyyən olunmuş bütün qaydalara əməl etməyə çağırırlar
Son günlər ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayının kəskin artımı böyük narahatlıq doğurur. Düzdür, dövlət tərəfindən COVID-19-un geniş yayılmasının qarşısının alınması, vətəndaşların təhlükəsizliyi və sağlamlığının qorunması üçün lazımi tədbirlər görülür. Lakin bütün dünyada olduğu kimi, Azərbaycanda da bu xəstəliyə yoluxma halları davam etməkdədir. Təbii ki, bu mübarizənin ön sıralarında həkimlər və tibb işçiləri gedirlər. Gecə-gündüz bu virusa qarşı mübarizə aparan tibb işçiləri günümüzün əsl qəhrəmanlarıdır. Bəs görəsən, fədakar həkimlərimiz virusdan özlərini necə qoruyurlar? Məhz onların virusdan qorunmaq üsulları sadə vətəndaşlara da yol göstərir.
İlk həmsöhbətimiz - Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov “Hər zaman qeyd etdiyim kimi, koronavirus və digər infeksiyalara qarşı mübarizənin əsas yollarından biri qorunmaqdır. Bununla yanaşı, orqanizmimin müqavimətini artırmağa, düzgün qidalanmağa, xüsusilə də vitamin C ilə zəngin olan qidalar qəbul etməyə çalışıram. Eləcə də yuxu rejiminə riayət edirəm. Gün ərzində təmiz hava almağa və yürüyüş etməyə önəm verirəm” deyib.
“Öncə onu deyim ki, həkimlərimiz dəfələrlə koronavirus ilə bağlı ictimaiyyətə xəbərdarlıq edirlər, COVID-19 infeksiyası ilə bağlı vətəndaşları diqqətli olmağa çağırırlar”. Bu fikirləri isə qəzetimizə açıqlamasında Kliniki Tibbi Mərkəzin baş direktor müavini, Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədr müavini, partiyanın Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova deyib.
Həkimin sözlərinə görə, bu aralar xüsusilə Vitamin C və zülallarla zəngin qidalar - meyvə-tərəvəzlər qəbul etməyə çalışır: “Bildiyiniz kimi, həkim peşəsi olduqca fədakarlıq tələb edir. Biz də sevə-sevə peşəmizi icra edirik. Bununla yanaşı, müntəzəm olaraq COVID-19 xəstələrinin müalicəsi ilə məşğul olduğumuz üçün sağlamlığımızın da qeydinə qalmalıyıq. Yəni, özümüzü maksimum qorumağa çalışırıq. Qaydalara əməl edir, eyni zamanda çalışıram ki, hər dəfə immuniteti gücləndirən qidalar qəbul edim. Həmçinin gün ərzində 2-3 litrə qədər maye qəbul etməyə çalışıram. Hər kəsə də bunu tövsiyə edirəm”.
5 nömrəli Uşaq poliklinikasında həkim - pediatrı Könül Əliyeva isə hazırda könüllü şəkildə koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olur. O da digər həmkarları kimi bu savaşda qalib çıxmaq, xəstələrin həyatını xilas etmək üçün əlindən gələni etdiyini deyir: “Həkim heyəti olaraq müayinə-müalicə məsələlərini əlimizdən gəldiyi qədər layiqli yerinə yetirməyə çalışırıq. Həqiqətən də, bu şəraitdə çalışmağın nə demək olduğunu, ancaq həkimlər bilə bilər. Onu da deyim ki, virusdan qorunmaq üçün səhər saat 9-11 arası açıq havada gəzirəm. Mövsümi xəstəlikləri də nəzərə alaraq, Vitamin C və sink tərkibli vitaminlər qəbul edirəm. Hər kəsə tövsiyyəm odur ki, axşam 6-dan sonra yemək yeməyin. Çünki mədə-bağırsaq o saatlarda dolu olanda narahatlıq yaradır”.
“Hər kəsə tövsiyəm budur ki, bütün bunlardan əlavə gecə yatmamışdan öncə antiseptik məhlullarla qarqara etməyi də unutmayın. Ən əsası, doyunca yatmağa çalışın”, - deyə həkim sonda əlavə edib.
Azərbaycan Tibb Universitetinin Daxili Xəstəliklər kafedrasının əməkdaşı Könül İsmayılova isə deyib ki, tibbi maska taxmaqla, məsafə saxlamaqla və əl gigiyenasına əməl etməklə bu virusla mübarizə aparır: “Hər yerə tibbi maska ilə gedirəm, məsafə saxlayıram, spirtdən istifadə edirəm və tez-tez əllərimi yuyuram. Bu tədbirlərə hamı düzgün əməl etsə, çox xeyrini görmüş olarıq”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

