Qış mövsümündə necə qidalanaq, nələrə diqqət edək?
22.01.2021 [09:16]
Qış fəsli orqanizm üçün ən çox vitamin tələb olunduğu zamandır. Ona görə də mütəxəssislər qeyd edirlər ki, qış mövsümündə xəstəliklərdən qorunmaq üçün vitaminlər, faydalı qidalar vasitəsilə orqanizmi möhkəmləndirmək lazımdır.
Məsələ ilə əlaqədar həkim-dietoloq Lalə Məhərrəmova qəzetimizə açıqlamasında bildirib ki, qış mövsümü zamanı balanslaşdırılmış qida qəbul edilməlidir. Onun sözlərinə görə, qışda daha çox ehtiyac duyduğunuz vitamin dozasını artırmaq üçün yumurta, balıq, göbələk, süd və süd məhsullarını qəbul etmək tövsiyə olunur: “İmmunitet sistemi üçün həyati əhəmiyyət daşıyan D vitamini günəş şüası sayəsində əmələ gəlir. Qışda günəş şüası çatışmazlığı şəraitində tərkibi D vitamini ilə zəngin olan qidaların qəbulu xüsusi əhəmiyyət kəsb edir. İlin ən soyuq və tutqun vaxtlarında D vitamininin kifayət etməsi mövsümi depressiyanın qarşısını alır, narahatlığı azaldır. Bundan əlavə, sümük və dişlərin sağlamlığı üçün zəruri olan kalsium və fosforun mənimsənilməsinə müsbət təsir göstərir”.
Bildirilib ki, tərkibi C vitamini ilə zəngin olan sitrus meyvələrinə üstünlük vermək tövsiyə olunur: “Bibər, ispanaq, limon və naringi C vitamini ilə zəngindir. E vitamini isə daha çox yağlarda, o cümlədən balıq yağında və fındıq meyvəsində daha çox üstünlük təşkil edir. Həmçinin Omeqa-9 yağından istifadə etmək tövsiyə olunur. Lakin pəhriz rejimində olanlar Omeqa-3 yağına üstünlük verməlidirlər. Soyuq havalarda soğan, sarımsaqdan çox yararlanmaq gərəkdir. Məhz bunlar orqanizmi viruslara qarşı qoruyan əsas vasitələrdəndir”.
Xüsusilə, qış mövsümündə də mümkün qədər çox su içilməlidir: “Şaxtalı havada xüsusi ilə isti mayelərə üstünlük verilməlidir. Bunların sırasında çay, süd, südlü çay, qəhvə, su əsas yeri tutur. Yaxşı olar ki, şaxtalı havada evdən çıxmamışdan əvvəl isti maye qəbul edəsiniz. Soyuq içki və qidalardan uzaq durmaq lazımdır. Naharda ət yeyilibsə, şam yeməyi zamanı balıq, toyuq, göbələk kimi zülallarla zəngin qidalardan istifadə edilməsi daha yaxşıdır. Həmin qidaları sevməyənlər paxlalı bitkilərdən - qarğıdalı, noxud, lobyadan daha çox istifadə etməli və ya onları salatlara əlavə edib yeməlidirlər”, - deyə həkim-dietoloq əlavə edib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32

