/ / “Əgər vaksinasiya prosesində insanların böyük əksəriyyəti iştirak edərsə, o zaman normal həyata qayıda bilərik”
“Əgər vaksinasiya prosesində insanların böyük əksəriyyəti iştirak edərsə, o zaman normal həyata qayıda bilərik”
26.05.2021 [09:09]
Məlum olduğu kimi, mayın 25-də Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib. Brifinqdə bildirilib ki, hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitləşib, xəstələrin, xəstəxanalarda olan xəstələrin sayı azalır, gündəlik yoluxma sayı, demək olar ki, sabitləşib. Yeri gəlmişkən, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə istiqamətində peyvəndləmə prosesi ölkəmizdə uğurla davam etdirilir. Belə ki, yanvarın 18-dən bu günədək ölkəmizdə COVID-19 əleyhinə 2 milyon dozaya yaxın vaksin vurulub, 850 mindən çox vətəndaş vaksinasiyanı tamamlayıb.
“İnsanlar nə qədər tez peyvənd olunsalar, bir o qədər tez bu vəziyyətdən çıxa bilərik. Əks halda, daha çox yoluxma ehtimalı yaranar, o cümlədən yeni mutasiyalar üzə çıxar. Dünya əhalisinin təxminən 1,2-1,3 milyardı peyvəndlənib. Ümumilikdə, 5,7 milyard insan peyvənd olunmalı və 11 milyard vaksin sərf edilməlidir. Bütün dünyada peyvəndləmənin sürəti artırılmalıdır”.
Bu fikirləri həkim Ümid Səlimzadə açıqlamasında deyib.
O, insanları vaksinasiya ilə bağlı dezinformasiyalara inanmamağa çağırır: “COVID-19 xəstəliyindən əvvəl də dünyada mövcud peyvəndlərlə bağlı dezinformasiyalar var idi. Koronavirus fonunda həmin dezinformasiyalar geniş vüsət almağa başladı. İnsanların şübhələrini aradan qaldırmaq üçün düzgün mənbələrdən məlumat almalarını istəyirik. İnsanlar dezinformasiyalara inanmasınlar. Oxuduqları və bildikləri məlumatların arxasında dəqiq elmi məqalələr, əsaslandırılmış statistikalar dayansın”.
“Birmənalı şəkildə bunu bilmək lazımdır ki, bütün peyvəndlərdə hansı ağırlaşmalar ortaya çıxacaqsa, o, peyvənd vurulandan 24 saatdan 8 həftəyə qədər olan müddətdə baş verir. Əgər həmin müddətdə ağırlaşma olmursa, deməli, peyvənd tam etibarlıdır. Ondan sonrakı dövrdə peyvənddən ağırlaşma ortaya çıxmır”, - deyə mütəxəssis vurğulayıb.
Qeyd olunub ki, vətəndaşlarımız vaksinasiya prosesində aktiv iştirak etməli, cəmiyyətimizin sağlamlığı naminə vaksinasiya olunmalıdırlar: “Əgər vaksinasiya prosesində insanların böyük əksəriyyəti iştirak edərsə, virusa qarşı hər bir insanda immunitet formalaşarsa, o zaman normal həyata qayıda bilərik”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

