Şuşa qədər məşhur İsa bulağı
18.01.2022 [10:26]
“Əbülfət Əliyev adına Cabbar Qaryağdıoğlunun qəbri” yazmağı kim məsləhət görmüşdü?
İlhamə
Suyu qışda buz kimi soyuq,
yayda ilıq olardı
Bir gün yadınıza düşərsəm, məni,
Bu doğma ellərdə axtararsınız..
İlk bahar çağında
İsa bulağında,
Araz qırağında,
Sonalı göllərdə axtararsınız...
Dillərə dastan olan İsa bulağı elə Şuşa qədər məşhurdur. Bir zamanlar Şuşa deyəndə yada İsa bulağı, İsa bulağı deyəndə Şuşa düşərdi. Şuşaya bircə dəfə ayaq basmış hər bir azərbaycanlı mütləq şəkildə bu bulağın suyundan eşq şərbətiymiş kimi içib, aşıqların diliylə desək, ilahi sevgi ona buta verilib, könlü ömürlük bu torpaqlara bağlanıb.
İsa bulağı Şuşa rayonu ərazisində, rayon mərkəzindən 4 kilometr məsafədə, Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, çox mənzərəli qalın meşələr qoynunda yerləşən səfalı istirahət guşəsi idi. Bulağı XVIII əsrdə ilk qalın meşəlik ərazidə İsa adlı bir əkinçi kəşf edib, elə beləcə adı bu bulaqla birlikdə tarixə düşüb. Elə bu məlumata əsaslanıb demək olar ki, İsa bulağının başında 18-19-cu əsrlərdə məclislər qurulub, insanlar burada təbiətin gözəlliyindən zövq alıblar.
Tarixi mənbələrdə İsa bulağının suyu həm soyuq, həm xeyirli, həm də göz yaşı kimi dumduru deyə təsvir edilir. İşğal illərində ermənilər İsa bulağının ətrafında abadlıq işləri aparmış, istirahət mərkəzi yaratmış və onu “İsaak bulağı” adlandırmışdı. Şuşa azad edildikdən sonra, İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib. Bulağın özü mərmərdən hazırlanıb, İsa bulağı sözü isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub.
80-ci illərdə İsa bulağını ziyarət etmiş hər kəs bu bulağın başında yanıqlı zəngulələri ilə bülbülləri qısqandıran Mürsəl kişini yaxşı xatırlayır. Söhbət İsa bulağının daimi xanəndəsi Mürsəl Hacıyevdən gedir. O, uzun illər İsa bulağına dincəlməyə gələnləri öz ifası ilə feyziyab edib. Hətta o zamanlar Şuşada olub, İsa bulağına getməmək, Mürsəl kişinin səsinə qulaq asmamaq ayıb kimi bir şey idi. Arıq, ortaboylu, başında həmişə tipik azərbaycanlı kişilərin qoyduğu “aerodrom” kepka olan Mürsəl Hacıyev qavalı da xüsusi məharətlə çalarmış. Mürsəl kişinin dolanışığı elə İsa bulağından çıxırmış, uzunömürlü sənətkarın yaşı 90-nı ötsə də, oxumaqdan yorulmazmış. “Şuşanın dağları” mahnısını xüsusi şövqlə ifa edərmiş. Ömrünü bu bulağa bağlamış qocanın taleyi də Şuşanın taleyinə bənzəyib. O, 1988-ci ildə ermənilər tərəfindən vəhşicəsinə qətl edilib. Həmin vaxt Mürsəl kişinin 110 yaşı varmış.
İsa bulağının maraqlı bir xüsusiyyəti varmış . Yayda suyu buz kimi sərin, qışda isə ilıq axarmış. Bir zamanlar Şuşada yaşayıb, uzun illər Şuşa Pedaqoji Texnikumunda müəllimlik etmiş 79 yaşlı Rəhim Camalov İsa bulağı barədə xatirələrini bizimlə bölüşür.
“Mənim uşaqlığım, gəncliyim Şuşada keçib. O gözəl bulağın başında çox məşhurları görmüşəm. Rəhmətlik kamança ustası Habil Əliyevlə İsa bulağının başında tanış olub dostlaşmışıq. Hələ sizə bir məzəli əhvalat da danışım. Bu söhbəti çox adam eşidib. Xanəndə Əbülfət Əliyev Habil Əliyevlə bulağın başında bir məclisə dəvət almışdılar. Kefləri kök idi. Əbülfət Əliyev dedi ki, ay Habil, Cabbar Qaryağdıoğlu da Şuşalıdı, amma Yasamalda dəfn edilib. Məzarı yaman haldadır. Gəlsənə, ikimiz pul qoyub, onun məzarının üstünü götüzdürək. Habil Əliyev də qayıtdı ki, sən özün pul qoy, məzarı düzəltdir, başdaşına da yazdır “Əbülfət Əliyev adına Cabbar Qaryağdıoğlunun qəbri”. Bu söhbət sonralar dildən-dilə düşmüşdü. Rəhmətlik Habilin baməzə söhbətləri çox olardı.
70-ci illərdə yadıma gəlir ki, İsa bulağının çal-çağırlı vaxtları idi. Bakıdan tanınmış adamlar, jurnalistlər, yazıçılar gələrdilər. İndi belə həsrətlə danışırıq. Amma onda da qəzetlərdə bəzən tənqid yazırdılar ki, insanlar gəlib yeyib-içir, tullantıları təmizləmədən çıxıb gedirdilər. İsa bulağının ətrafında öz sənətinə hörmət edən gözəl sənətkarlar da oxuyurdu, pul qazanmaq üçün canfəşanlıq edən “xalturaçılar” da”.
Rəhim müəllim danışdıqca yazıçı Qabilin 1968-ci ildə İsa bulağı ilə bağlı yazdığı bir məqalədən parça yadıma düşür: “İsa bulağında görürsün ki, hansı ağacın budağından, hansı ocağın başındansa bülbül cəh-cəhi gəlir. Belə xoş avazla oxuyan Qarabağ uşaqlarıdır. Zəngulə vururlar. Ancaq bu zənguləni pozan bir səs d? var idi. Qulağı deşən xaric, yeknəsək səs. İsa bulağına haçan gəlirdik, eşidirdik. Qarabağ məşhur xanəndələr, musiqiçilər Vətənidir. Belə yerdə musiqi “xalturaçı”larının olması adamı təəccübləndirir...
Ağacların dibində bu zibilliyi kim salıb? Leş başı, süfrələrdən qalmış kabab qırıntılarını, yemiş, qarpız qabığını kim bura səpələyib? Ağacların dövrəsində, harada necə gəldi düzülmüş ocaq daşlarının həndəvərində qan laxtaları, sür-sümük, qəzet parçaları...
Bizim nəsil bu yerlərə qibləgah kimi, gözəllik mehrabı kimi baxmışdır. Bəs indi, bəs indikilər?!”
Demək ki, o zamanlar da insanlar bu bulağı sevsələr də, töküb, dağıdıb, çirkləndiriblər. İnsan əlindəkinin dəyərini itirdikdən sonra anlayır həmişə. 30 il sonra İsa bulağına yanaşma daha fərqli, daha gözəl olacaq. Bunu əminliklə deyirəm. İndi Şuşaya ayaq basan hər kəs hər addımına diqqət edir, özünü mübarək bir ziyarətgahdaymış kimi aparır.
“Mənə hələ ata yurduma getmək qismət olmayıb. O günü həsrətlə gözləyirəm. Televizorda görmüşəm küçəmizi, ata ocağımızı ermənilər xaraba qoyublar, elə istəyirəm gedim o uçulmuş evimizin daşına, torpağına üzümü sürtüm. Ömür vəfa eləsə, Şuşanı görə bilsəm, qış da olsa, İsa bulağına baş çəkəcəyəm. Rəhmətlik xanımım Həyat müəlliməni ilk dəfə bu bulağın başında görmüşdüm. Elə bilirəm, bir dəfə o su ilə üzümü yusam, bir qurtum içsəm, həyatımda çox şey dəyişəcək. Abi həyat olacaq mənə İsa bulağının suyu”.
Daha arzuların çin olan vaxtıdır, Rəhim müəllim. Çox keçməz ki, siz də gedər, 30 il xatirələrinizdə yaşatdığınız, həsrətiylə yaşadığınız doğma yurda dönərsiniz. İsa bulağının can dərmanı olan suyundan içib yenidən gəncləşər, ömrünüzə ömür qatarsınız.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
16 May 22:26

Avropa
16 May 21:33

Xəbər lenti
16 May 18:39

Xəbər lenti
16 May 17:53

Xəbər lenti
16 May 17:44

Xəbər lenti
16 May 17:08

Siyasət
16 May 16:42

Formula 1
16 May 16:36

Xəbər lenti
16 May 16:28

İdman
16 May 16:26

Siyasət
16 May 16:13

Xəbər lenti
16 May 15:47

Xəbər lenti
16 May 15:22

Xəbər lenti
16 May 15:21

Xəbər lenti
16 May 15:19

Xəbər lenti
16 May 15:17

Xəbər lenti
16 May 15:14

İqtisadiyyat
16 May 15:09

Xəbər lenti
16 May 14:31

Dünya
16 May 14:28

Siyasət
16 May 14:01

Xəbər lenti
16 May 13:30

Xəbər lenti
16 May 13:21

Xəbər lenti
16 May 12:55

Xəbər lenti
16 May 12:37

Xəbər lenti
16 May 12:09

Xəbər lenti
16 May 12:01

Xəbər lenti
16 May 11:54

Xəbər lenti
16 May 11:41

Gündəm
16 May 11:28

Xarici siyasət
16 May 11:24

Xəbər lenti
16 May 10:58

Dünya
16 May 10:21

Prezident bu gün
16 May 10:15

Xəbər lenti
16 May 09:55

Xəbər lenti
16 May 09:46

Xəbər lenti
16 May 09:20

Xəbər lenti
16 May 08:59

Dünya
15 May 19:43

Xəbər lenti
15 May 19:21

Xəbər lenti
15 May 16:43

Dünya
15 May 15:02

İdman
15 May 15:00

Xəbər lenti
15 May 12:48

Dünya
15 May 11:18

İdman
15 May 10:55

Xəbər lenti
15 May 10:54

Mədəniyyət
15 May 10:08

Gündəm
14 May 20:29

Xəbər lenti
14 May 19:03

Gündəm
14 May 18:30

Gündəm
14 May 17:12

Xəbər lenti
14 May 16:21

Gündəm
14 May 16:17

Xəbər lenti
14 May 15:36

Xəbər lenti
14 May 15:35

Daxili siyasət
14 May 14:59

Gündəm
14 May 14:54

Dünya
14 May 14:49

Mədəniyyət
14 May 14:12

Xəbər lenti
14 May 13:34

Siyasət
14 May 13:31
Ədəbiyyat
14 May 13:15

Mədəniyyət
14 May 13:09

Xəbər lenti
14 May 12:59

Xəbər lenti
14 May 12:30

Xəbər lenti
14 May 12:25

Analitik
14 May 12:16

Xəbər lenti
14 May 12:07

Siyasət
14 May 12:05
