Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Gürcüstanda kimyəvi və bioloji təhdidlərə qarşı təlim keçirilib

Gürcüstanda kimyəvi və bioloji təhdidlərə qarşı təlim keçirilib

02.09.2026 [21:19]

Gürcüstanın Batumi şəhərində Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ilə ABŞ Müdafiə Təhdidlərinin Azaldılması Agentliyinin (DTRA) əməkdaşlığı çərçivəsində kimyəvi və bioloji təhdidlərə qarşı “NEXUS Georgia 2026” sahə-praktiki təlimi keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Təlimdə iştirakçı qurumlar real şəraitə uyğunlaşdırılmış üç fərqli kimyəvi və bioloji hadisə ssenarisi üzrə fəaliyyət göstəriblər. Mövcud standart əməliyyat prosedurları praktikada sınaqdan keçirilib, hadisələrə cavab mexanizmləri və qurumlararası koordinasiya prosesində mövcud çatışmazlıqlar müəyyənləşdirilib.

Sentyabrın 8-də isə Mtsxeta şəhərində kütləvi toplaşma yerlərində kimyəvi və partlayıcı maddələrlə bağlı hadisələrə cavab verilməsi üzrə növbəti simulyasiya təliminin keçirilməsi planlaşdırılır.

Paylaş:
Baxılıb: 13 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Gündəm

Siyasət

İqtisadiyyat

Sosial

Hadisə

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30