Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Volodimir Zelenski Rusiyanın Ukraynaya kütləvi hücumundan danışıb

Volodimir Zelenski Rusiyanın Ukraynaya kütləvi hücumundan danışıb

01.09.2026 [19:58]

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya kütləvi hücumunu şərh edib.

AZƏRTAC xəbər verir ki, Zelenski Rusiyanın zərbələrini həyatı maksimum dərəcədə dağıtmaq məqsədilə planlaşdırdığını və buna yalnız hava hücumundan müdafiə vasitələri kifayət etmədikdə müvəffəq olduğunu qeyd edib.

“Zərbə zamanı çox sayda reaktiv dron və ballistik raketdən istifadə olunub. Təəssüf ki, yaşayış evləri və mülki infrastruktur dağılıb”, – deyə Zelenski əlavə edib.

Xatırladaq ki, gecə saatlarında Rusiya hərbçiləri Kiyevdəki dəmir yolu deposuna məqsədyönlü ballistik zərbə endiriblər.

Nəticədə yeddi nəfər həlak olub, bir nəfər isə xəstəxanaya yerləşdirilib. Paytaxtın digər ərazilərinə edilən hava hücumlarından da zərərçəkənlər olub.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, hücumlar nəticəsində Kiyevin səkkiz sakini həlak olub, yeddi nəfər yaralanıb. Yaralananlar arasında üç uşaq da var.

Ötən gecə Rusiya hərbçiləri Rumıniya ilə sərhəddə yerləşən “Orlovka” beynəlxalq keçid məntəqəsinə də hücum ediblər.

Paylaş:
Baxılıb: 341 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30