Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Britaniya hökuməti həbsxanalarda 900-dək əlavə yer yaratmağı planlaşdırır

Britaniya hökuməti həbsxanalarda 900-dək əlavə yer yaratmağı planlaşdırır

01.09.2026 [23:34]

Böyük Britaniya hökuməti həbsxanalardakı sıxlığı azaltmaq məqsədilə İngiltərə və Uelsdə mövcud həbsxanalarda əlavə kameralar yaratmağı planlaşdırır.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, mövcud büdcə vəsaitləri hesabına 110 milyon funt sterlinq ayrılacaq. İstifadə olunmayan ofis sahələri, camaşırxanalar və anbarların həbsxana kameralarına çevrilməsi nəzərdə tutulur.

Camaşırxanaların kameralara çevriləcəyi halda məhbusların geyimlərinin harada yuyulacağı ilə bağlı suala cavab verən ədliyyə naziri Aleks Norris həbsxanaların normal fəaliyyətinin davam etdirilməsinin təmin olunacağını deyib. O, mövcud sahələrdən daha səmərəli istifadə imkanlarının nəzərdən keçirildiyini vurğulayıb. Nazirin sözlərinə görə, həbsxanalardakı mövcud sahələrin yenidən istifadəyə verilməsi hesabına 200-dən 900-dək əlavə yerin yaradılması mümkündür.

Paylaş:
Baxılıb: 305 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30