Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avropada külək enerjisi üzrə rekord il gözlənilir

Avropada külək enerjisi üzrə rekord il gözlənilir

01.09.2026 [21:40]

Avropa bu il yeni külək turbinlərinin quraşdırılması üzrə rekord göstəriciyə nail ola bilər.

AZƏRTAC xəbər verir ki, “WindEurope” təşkilatının yarımillik hesabatına əsasən, ilin ilk altı ayında Avropada külək enerjisi gücü 8,8 giqavat artıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 30 faiz çoxdur. Quraşdırılan turbinlərin istehsal etdiyi enerji təxminən 7 milyon Avropa ailəsinin elektrik tələbatını ödəyə bilər. Həmçinin bu gücün ildə 25 LNG tankerinə bərabər həcmdə fosil yanacaq idxalını əvəz edə biləcəyi bildirilir.

Almaniya ilin ilk yarısında artımın əsas hərəkətverici qüvvəsi olub. Ölkədə 3,4 giqavat, yəni Avropada quraşdırılan yeni gücün 40 faizi yaradılıb və 500-dən çox turbin istismara verilib. Belçikada isə külək enerjisi gücü daha 60 meqavat artıb.

“WindEurope” il ərzində Avropada əlavə 24 giqavat gücün yaradılacağını proqnozlaşdırır. Bununla belə, icazələrin alınması hələ də əsas maneə olaraq qalır. Təşkilat 2030-cu illərdə illik artımın 30 giqavata çatacağını gözləyir.

Paylaş:
Baxılıb: 302 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30