Azərbaycan-Qırğızıstan: Strateji müttəfiqliyin keyfiyyətcə yeni mərhələsi
01.09.2026 [10:56]
Azərbaycan-Qırğızıstan münasibətləri ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlıdır. Ortaq mədəni irs, dil və din, ortaq tarix dövlətlərarası münasibətlərin davamlı olaraq daim irəliləməsində mühüm rol oynayıb. Müstəqillik dövründə yeni məzmun kəsb edən dövlətlərarası əlaqələr mütəmadi səfərlərin və imzalanmış mühüm sənədlərin fonunda ən yaxın tərəfdaşlıq həddinə yüksəlib. Qarşılıqlı hörmətə, etimada və strateji tərəfdaşlığa əsaslanan birgə əməkdaşlığın dərinləşməsi və Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırıb. Prezidentlər - İlham Əliyev və Sadır Japarovun son illərdə davamlı xarakter alan qarşılıqlı səfərləri sayəsində münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib.
Dövlətlərarası Şuranın fəaliyyəti, tərəflər arasında imzalanan 105-dən artıq sənəd münasibətləri siyasi dialoqdan iqtisadi əməkdaşlığa, parlament diplomatiyasından humanitar münasibətlərə qədər bütün istiqamətlər üzrə davamlı inkişaf edir. Tərəflər arasında əlaqələr ildən-ilə inkişaf edərək hazırda yeni mahiyyət kəsb etməkdədir.
Ticarət dövriyyəsi davamlı olaraq artır
Azərbaycan və Qırğızıstan son illərdə ikitərəfli münasibətlərin inkişafı və keyfiyyətcə yeni mərhələyə çatması üçün qarşılıqlı təmasları daha da artırmaqdadır. Ölkələr arasında ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və digər sahələrdə mühüm layihələrin həyata keçirilməsi birgə əməkdaşlığın gündəliyini daha da genişləndirib və tərəflər sərmayə təşəbbüslərini artırmaq üçün ortaq maliyyə institutunun imkanlarından faydalanmaq niyyətindədir.
İki ölkə arasında iqtisadi göstəricilər də yüksəlməkdədir. 2026-cı ilin yanvar-iyul aylarında ticarət dövriyyəsi artaraq 35 milyon dollara çatıb.
İki ölkə arasında enerji təhlükəsizliyi və yanacaq tədarükü sahəsində də əməkdaşlıq dərinləşir. Qırğızıstan daxili bazarının neft məhsulları təminatı və tədarükün şaxələndirilməsi məqsədilə Azərbaycana müraciət edərək, Bakını öz enerji təhlükəsizliyinin etibarlı tərəfdaşı kimi gördüyünü nümayiş etdirib. Nəqliyyat sektorunda AZAL-ın Bakı-Bişkek müntəzəm və Bakı-İssık-Kul mövsümi hava yolu səfərləri işgüzar və turizm əlaqələrini canlandırır.
Orta Dəhlizdə ortaq maraqlar
Azərbaycan bütün türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da əlaqələrin inkişafına önəm verir, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün tədbirlər görülür. Regional əməkdaşlığın ən vacib elementlərindən birini Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) təşkil edir. Orta dəhliz Asiya ilə Avropa arasında strateji nəqliyyat xəttinə çevrilməkdədir. Bu kontekstdə tikintisi sürətlənən Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xüsusi çəkiyə malikdir. Layihə başa çatdıqdan sonra bu xətt Orta Dəhlizin şərq hissəsini təşkil edəcək. Bununla yüklərin Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınması daha da sürətlənəcək. Bu səbəbdən Zəngəzur dəhlizi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi davamı kimi qiymətləndirilir.
Zəngəzur dəhlizinin reallaşdırılması isə nəqliyyat ideyasının konseptual yanaşması olaraq Naxçıvan dəmir yolunu Azərbaycan dəmir yollarının tərkib hissəsi kimi birləşdirməklə yanaşı, Orta Dəhlizin TRIPP layihəsinə inteqrasiyasını təmin edəcək, Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionlarını, o cümlədən Azərbaycan və Qırğızıstanı vahid geosiyasi və geoiqtisadi blokda birləşdirəcək.
Bu trans-kommunikasiya modeli hər iki ölkənin daha fəal və sıx əməkdaşlığına yeni imkanlar açacaq.
Əməkdaşlığın çoxtərəfli platforması
Tərəflər ikitərəfli və regional strateji məsələlərdə vahid ortaq mövqe sərgiləməklə siyasi, iqtisadi-sosial və digər sahələrdə möhtəşəm uğurlara nail olub. İqtisadi mübadilə, tranzit daşınmaları son illərin rekord göstəricilərinə çatıb. Azərbaycan və Qırğızıstan beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyən dost dövlətlərdir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), İqtisadi Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli platformalarda hər iki ölkə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqedən çıxış edir. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq Azərbaycan-Qırğızıstan münasibətlərinə yeni məzmun qazandıraraq iqtisadi, nəqliyyat, rəqəmsallaşma, təhsil və humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.
Azərbaycan-Qırğız İnkişaf Fondu investisiyalar cəlb edəcək
İqtisadi əməkdaşlığın artırılması üçün birgə layihələrin təşviqi, iqtisadiyyatın sənayenin müasirləşdirilməsi və inkişafı, ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədi ilə yaradılmış Azərbaycan-Qırğız İnkişaf Fondu bu hədəflərə çatmaqda ən optimal maliyyə mənbəyi rolunu oynayır. Qeyd edək ki, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması ilə bağlı ilkin saziş 2024-cü il aprelin 24-də Bakıda imzalanıb. Bu qərar 2022-ci il oktyabrın 11-də Qırğızıstanın paytaxtı Bişkekdə imzalanmış ilkin sazişdən sonra verilib və buna əsasən Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ilin dekabrında İnkişaf Fondunun yaradılmasını təsdiq edən qanunu imzalayıb. Fondun nizamnamə kapitalı ilkin olaraq 25 milyon dollar müəyyən edilmişdi, lakin inkişaf layihələrini dəstəkləmək imkanlarını genişləndirmək üçün 2023-cü ildə 100 milyon dollara qədər artırılıb.
Mənzil-qərargahı Bişkek şəhərində yerləşən Azərbaycan-Qırğızıstan İnkişaf Fondu müxtəlif maliyyə alətlərindən istifadə etməklə Qırğızıstanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələrinə investisiyalar yatırmağı hədəf seçib. Fond artıq ümumi dəyəri 52,7 milyon dollar olan strateji biznes layihələrini maliyyələşdirib.
Son bir ildə keçirilən Azərbaycan-Qırğız İnkişaf Fondunun iclaslarında bir çox istiqamətlər üzrə faydalı müzakirələr aparılıb, fondun maliyyə alətləri ilə planlaşdırdığı layihələrin icrası üçün təşəbbüslər irəli sürülüb. Azərbaycan hökuməti, beynəlxalq maliyyə institutları və xarici hökumətlərin maliyyə təşkilatları tərəfindən, habelə Qırğız Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələrdən formalaşan fondun nizamnamə kapitalını daha da artımaq niyyətindədir.
Beləliklə, əsl qardaşlıq və dostluğa əsaslanan Azərbaycan-Qırğızıstan əlaqələri və müttəfiqliyi iki xalqın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərlə yüksələn xətt üzrə inkişaf etməyə və güclənməyə davam edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

