Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Şimali Kiprdə 3 günlük milli matəm elan edilib

Şimali Kiprdə 3 günlük milli matəm elan edilib

31.08.2026 [07:36]

Şimali Kipr Türk Respublikasında (ŞKTC) Girne şəhərinin sahillərində bərənin batması nəticəsində həlak olanlarla bağlı 3 günlük milli matəm elan edilib.

AZƏRTAC xəbər verir ki, avqustun 30-da ŞKTR sahillərində 267 nəfəri daşıyan bərə batıb. Faciə Girne sahillərindən təxminən 4 mil aralıda baş verib. 241 nəfər xilas edilib, 8 nəfər ölüb, 18 nəfərin axtarışları qayıq və dronlardan istifadə etməklə davam edir.

Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Ərhürman jurnalistlərə bildirib ki, batan gəmi 514 metr dərinlikdədir.

Axtarış-xilasetmə işlərinə Türkiyədən 3 təyyarə, 4 pilotsuz uçuş aparatı (PUA), 6 helikopter, 4 sahil mühafizəsi qayığı, 1 patrul qayığı, 1 freqat və 1 patrul gəmisi, eləcə də Şimali Kipr Türk Respublikasından 4 sahil mühafizəsi qayığı, 2 helikopter, 1 patrul qayığı və 1 patrul gəmisi cəlb olunub.

Paylaş:
Baxılıb: 137 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31