Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Quraqlıq və isti hava şəraiti meşələrin və şəhər təbiətinin üzərinə düşən yükü artırır

Quraqlıq və isti hava şəraiti meşələrin və şəhər təbiətinin üzərinə düşən yükü artırır

29.08.2026 [19:17]

Avropa Quraqlıq Observatoriyasının məlumatına görə, hazırda Avropa İttifaqı və Birləşmiş Krallıq ərazisinin 50 faizi müxtəlif dərəcəli quraqlıq şəraitindədir. Yağıntıların azlığı torpağın rütubətinin kəskin azalmasına və meşələrin vəziyyətinin pisləşməsinə səbəb olur.

AZƏRTAC xəbər verir ki, BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) məlumatına görə, uzun sürən quraqlıq, istilik stresi, meşə yanğınları riskinin artması, habelə qabıqyeyən böcəklərin və fitopatogen xəstəliklərin geniş yayılması regionda meşələrin qurumasına gətirib çıxarır.

BMT AİK-in “2025-ci il üzrə meşə profili” məlumatlarına əsasən, regionda həşəratlardan, xəstəliklərdən və əlverişsiz hava şəraitindən müxtəlif vaxtlarda 73 milyon hektara qədər meşə zərər çəkib.

Eyni zamanda, region üzrə şəhərlərdəki ağaclar ekstremal “şəhər istilik adası” effektinin və su çatışmazlığının təsirinə məruz qalırlar.

BMT AİK-in Meşələr və Meşə Sənayesi Komitəsinin noyabrın 4–6-da keçiriləcək iclası çərçivəsində ölkələr abiotik amillərin – quraqlıq, qasırğa və meşə yanğınlarının, habelə zərərvericilər daxil olmaqla biotik amillərin vurduğu zərərin izlənməsi üçün pilot hesabat metodikası üzərində işləyirlər. Bu, şəffaf məlumat mübadiləsini təmin etməyə və zəruri tədbirləri operativ şəkildə görməyə imkan verəcək.

Paylaş:
Baxılıb: 10 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31